MATERİAL SİYAHISI:
3 yumurta
1,5 su b. Toz şəkər
1 çay b. Duru yağ
1 su b. Fındıq
1 pk. Vanil
1 pk. Qabartma tozu
2 şorba k. Kərə yağı
1 çay b. Süd
300 q Qırmızı alça
6 şorba k. İlə un
İÇİ:
Otaq temperaturunda yumurtaları qarışdırma qabına qırırıq. Şəkər tozunu tökürük (toz şəkərin 2 xörək qaşığını alça üçün ayırırıq. Və mikserlə yaxşıca köpüklənən qədər 4-5 dəqiqə çalırıq. Duru yağ və süd tökürük. Otaq temperaturunda yumşalmış olan kərə yağını əlavə edirik.
6 xörək qaşığı ilə un, iri qırılmış fındıq, qabartma tozu və vanili qoyub qarışdırırıq. Keks xəmrini yağlanmış şüşə soba qabına tökürük. Alçaları ikiyə bölüb tumlarını çıxardırıq. Keks xəmrini üstünə alçanı daxili hissələri yuxarıya baxacaq şəkildə düzürük. Üzərini tamamilə alçayla örtürük.Aralarına ayırdığımız toz şəkər səpirik. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.
Tarix: 26.03.2015 / 15:08 Müəllif: Nurana Baxılıb: 69 Bölmə: Şirniyyatlar