Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvəli pizza resepti

Tərkibi:
Xəmir üçün:
Un – 300 q
Döyülmüş kərə yağı – 2 x.q
Fındıq – ½ st.
Şəkər – 100 q
Süd – 200 mq
Limon sedrası – 2 x.q

İçlik üçün:
Kəsmik – 200 q
Xama – 2 x.q
Vanil
Meyvə – zövqə görə
Dondurma – 100 q

Hazırlanması:
Fındığı qızardın və üyüdün. Unu ələkdən keçirin, üzərinə üyüdülmüş fındığı, limon sedrasını və şəkər tozunu əlavə edin. Yağ və süd ilə birlikdə yaxşıca qarışdırın və xəmiri yoğurun. Sonra isə salafana büküb, soyuducuya yerləşdirin.
30 dəqiqədən sonra xəmiri açıb, yağlanmış tavada 200 dərəcədə bişirin.
Vanili, xamanı, şəkər tozunu və kəsmiyi qarışdırın və yaxşıca çalın. Bişirdiyiniz pizza çörəyinin üstünə bu qarışığı əlavə edin və 15 dəq sobada bişirin. Hazır pizzanı soyumağa qoyun, üstünü istədiyiniz meyvələr və dondurma ilə bəzəyin...

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:15 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Şirniyyatlar
loading...