Badam bura
Əla növ buğda unu – 390q,
xama - 225q,
badam – 210q,
şəkərtozu – 210q,
şəkər kirşanı – 26q,
bitki yağı - 110q,
hil – 2q,
çay sodası – 0,5q.
Una xama və çay sodası qatılaraq xəmir yoğrulur və 20-25 dəqiqə saxlanılır. (Bəzən xəmir maya ilə hazırlanır) . Xəmir 504 mm qalınlığında yayılır və ondan diametri 8 sm olan formalar kəsilir. Bunların üzərinə 15-20 qram xırdalanmış badam və şəkər tozundan hazırlanmış iç qoyulur. Ətirləndirmək üçün isə hil qatılır. Xəmirin kənarları birləşdirilərək pirojki formasına salınır. Badam-bura bitki yağı firityurunda qızardılır və soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir.
Tarix: 10.12.2012 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Şirniyyatlar
loading...