Tərkibi:
150 ml qoxusuz bitki yağı
150 ml xama və ya yoqurt
200 q şəkər tozu
3 yumurta
150 q un
1/2 ç.q. qabartma tozu
bıçağın ucunda soda (xamada söndürün)
300-400 q ərik
2 x.q. istənilən cem
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə bircinsli hala gələnədək çalın. Əlinizi saxlamadan bitki yağı, xama (yoqurt), qabartma tozu ilə qarışdırılmış un əlavə edin. Lap sonda isə xamada söndürülmüş soda əlavə edin.
Xəmiri yağlanıb un səpilmiş düzbucaqlı siniyə tökün (siniyə perqament və ya folqa da döşəyə bilərsiniz). Xəmirin üstündən doğranmış ərikləri düzün. 160-170 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
Hazır olub-olmadığını kibrit və ya diş çöpünü batırmaqla yoxlayın. Əgər çöpü biskvit olan yerə batırıb çıxarandan sonra üstündə qırıntı qalmırsa, yaş deyilsə, o zaman piroq bişib.
Hazır piroqun üstünə cem çəkib şəkər pudrası səpin. Süfrəyə südlə verə bilərsiniz.
Nuş olsun!
Tarix: 23.11.2014 / 20:55 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Şirniyyatlar