Ərzaqlar:
300 qram biskvit (hazır da ala bilərsiz)
500 qram xama
1 stəkan şəkər tozu
3 x.q. jelatin
çiyələk, kivi
Hazırlanma qaydası:
Xamanı şəkər tozu ilə qarışdırıb, yaxşıca çalın.
Jelatinin üzərinə 0,5 stəkan soyuq su töküb, 30 dəqiqə ərzində saxlayın. Sonra jelatini odun üzərinə qoyub, istilədin (qaynatmayın). Jelatinin üzərinə tədricən xamanı tökərək, qarışdırın. Biskviti xırdalayın.
Dərin boşqabın içinə yarı bölünmüş çiyələk və kivini yerləşdirib, üzərindən xırdalanmış biskviti qoyun. Sonra yenidən meyvələri düzüb, üzərindən biskbiti yerləşdirin. Sonra tortun üzərindən jelatınlə xama qarışığını töküb, 2 saat ərzində soyuducuda saxlayın. Sonra tortu soyuducudan çıxarıb, səliqəli formada boşqabda çevirirsiz. Nuş olsun!
Tarix: 08.12.2012 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 629 Bölmə: Şirniyyatlar