MATERİAL SİYAHISI:
9 dilim duzsuz qızarmış çörək
1 su stəkanı süd
3 xörək qaşığı şəkər tozu
KREMİ ÜÇÜN:
1 lt. Süd
1 su stəkanı toz şəkər
2 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 paket vanil
1 paket labne pendiri
ÜZƏRİ ÜÇÜN:
1 poşet köpükləndirilmiş şəndi
SOSU ÜÇÜN:
6 kivi
1 çay stəkanı toz şəkər
1 çay stəkanı su
1 şirin qaşığı nişasta
İÇİ:
Südü qazana tökürük. Toz şəkəri, unu, nişasta, vanili əlavə edirik və çırpma teliylə qarışdıraraq bişirməyə başlayırıq. Konsistensiya koyulaş-ıb qaynayanda altını bağlayırıq. Bişmiş olan kreminin altını bağlayanda dərhal labne pendirini qoyuruq və mikserlə çalırıq. Çörəkləri islatmaq üçün, 1 su stəkanı südü kiçik bir qazana tökürük.
Şəkərini qoyuruq və ocaq üstünə alırıq və qaynadırıq. Çörəkləri sındırırıq və kuba stəkanların içinə bölüşdürürük. Çörəkləri islatmaq üçün hazırladığımız şəkərli südü üzərinə gəzdirərək tökürük. Kremi kuba-lara bölüşdürürük və soyumağa qoyuruq. Kivi soyuyoruz ikiyə kəsib doğrayıcıdan keçiririk. Kivi püresini süzgəcdən keçirərək tumlarını mümkün qədər ayırırıq. Kiçik bir qazana püre qoyuruq. Toz şəkər, nişasta və su götürüb çırpma teliylə qarışdırırıq. Sousun konsistensiya koyulaş-ana qədər bişiririk. Sosu soyumağa qoyuruq. Soyumuş olan sosu şirniyyatların üzərində bölüşdürürük. Şirniyyatları süfrəyə verərkən, üstlərini krem şəndi sıxaraq bəzəyirik. Üstünə də kivi dilimləri qoyaraq xidmət edirik.
Tarix: 26.03.2015 / 13:01 Müəllif: Nurana Baxılıb: 59 Bölmə: Şirniyyatlar