MATERİAL SİYAHISI:
3 yumurta
1 su b. Toz şəkər
1 su b. Toz fındıq
125 q. Kərə yağı
2 şorba k. Qatıq
1 pk. Qabartma tozu
1 pk. Vanil
Ustasından un ölçüsü
ÜZƏRİ ÜÇÜN:
Çiyələk
Şəkər kirşanı
İÇİ:
Yumurtaları qarışdırma qabına qırırıq. Şəkər tozu, qabartma tozunu, vanili və toz fındığı tökürük. Otaq temperaturunda yumşalmış kərə yağını və qatqı qoyuruq, yoğurmağa başlayırıq. 8 xörək qaşığı ilə un qoyuruq. Yenə yoğururuq.
Keks xəmrindən daha qatı, piroq xəmirindən daha yumşaq bir xəmir əldə edirik. Yağlanmış dairəvi xonça kimi bir qəlibə xəmri qoyuruq və spatula-la yayırıq. Üstünə, ikiyə kəsilmiş çiyələkləri düzürük Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Servis edərkən üzərinə şəkər kirşanı səpirik və dilimləyib xidmət edirik.
Tarix: 26.03.2015 / 16:59 Müəllif: Nurana Baxılıb: 118 Bölmə: Şirniyyatlar