MATERİAL SİYAHISI:
500 q. Toyuq
4 pomidor
4 diş sarımsaq
1 dəstə reyhan
Zeytun yağı
Kaşar pendiri (holland)
Duz
İstiot
SOSU ÜÇÜN:
3 badımcan
2 qırmızı istiot
Zeytun yağı
Duz
İstiot
XİDMƏTİ ÜÇÜN:
Lavaş
İÇİ:
Badımcanları və qırmızı bibərləri ocaq üstü közle-mə aparatında közle-yirik. Közle-dikdən sonra soyuruq.Badımcan və bibərləri sətirlə incə incə qıyırıq. Sonra ikisini qarışdırıb yeni sətirdən keçiririk. Toyuq bud ətini sümüyündən ayırıb doğrayırıq. Sarımsağı, soyulmuş pomidorları və reyhanı də doğrayırıq. Tavaya duru yağ tökürük.
Toyuqları və sarımsağı atıb qovururuq. Pomidorları əlavə edirik və bişirməyə davam edirik. Son olaraq duzunu və qara bibəri qoyuruq. Reyhanı atırıq və qarışdırırıq. Lavaşları dəzgaha düzürük. İçlərinə köz badımcan və bibər qarışığından sürürük. Toyuq s qovurması üzərinə qoyuruq. Onun da üstünə kaşar pendiri rəndələyirik. Rulon şəklində sarıb xidmət edirik.
Tarix: 28.03.2015 / 16:45 Müəllif: Nurana Baxılıb: 111 Bölmə: Toyuq yeməkləri