MATERİAL SİYAHISI:
500 q. Toyuq əti
5 pomidor
5 kənd istiotu
2 soğan
5 diş sarımsaq
Zeytun yağı
Duz
İstiot
ÜZƏRİ ÜÇÜN:
Milföy xəmiri (qat qat)
Yumurta sarısı
Küncüt
İÇİ:
Toyuq ətlərini quşbaşı doğrayırıq. Pomidorları, istiot, soğan və sarımsaqları doğrayırıq. Qış üçün hazırladığımız pomidorlu istiotlu qarışıqları da istifadə edə bilərik. Tavaya duru yağ tökürük. Soğan və sarımsağı qoyub qovururuq. Toyuq ətini qoyuruq. Toyuğun rəngi dönənə qədər bişiririk. Toyuq suyunu buraxıb çəkənə qədər bişiririk.
İstiotu əlavə edirik və bişirməyə davam edirik. Pomidorları əlavə edirik. Duzunu və qara bibəri qoyuruq. Yaxşıca bişəndə kiçik saxsı qablarına bölüşdürürük. Üzərinə bir milföy xəmiri bağlayırıq. Xəmir üzərinə də yumurta sarısı sürürük. Küncüt səpirik. Soba xonçasına düzürük Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.
Tarix: 28.03.2015 / 16:38 Müəllif: Nurana Baxılıb: 120 Bölmə: Toyuq yeməkləri