MATERİAL SİYAHISI:
500 q toyuq budu
1 çimdik biberiye
2 diş sarımsaq
Duz
İstiot
Duru yağ
MAKARONLARI ÜÇÜN:
1 paket çubuq makaron
5 pomidor
1 xörək qaşığı tomat
1 kasa istiot püresi
1 dəstə reyhan
2 diş sarımsaq
Duz
Zeytun yağı
İÇİ:
Toyuq ətini küp küp doğrayıb çöp şişlərə düzürük Düzbucaqlı şüşə soba qabına toyuq şişləri düzərək duz, istiot vururuq. Doğranmış sarımsaqları istifadə edirik. Biberiye yarpaqlarını üstünə səpirik. Zeytun yağını tökürük. Qarışdırırıq və yağlı kağız sərilmiş soba xonçasına düzürük Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.
Makaron üçün su qaynadırıq və çubuq makaronları qırmadan qazana qoyuruq. Duzunu və zeytun yağını da verib qaynadırıq. Sarımsaqları və reyhanı doğrayırıq. Pomidorları soyuruq və xırda kub şəklində doğrayırıq. Tavaya zeytun yağını tökürük. Sarımsaq və reyhanı qoyuruq. İstiot püresini, pomidorları və abqora qoyuruq, qovururuq. Duzunu atırıq. Boşqaba pörtmüş makaronu qoyuruq. Üstünə istiotlu pomidor sousu tökürük. Üstünə də toyuq şişləri düzərək xidmət edirik
Tarix: 26.03.2015 / 23:03 Müəllif: Nurana Baxılıb: 57 Bölmə: Toyuq yeməkləri