MATERİAL SİYAHISI:
1 kq kiçik tikə toyuq əti
3 diş sarımsaq
1 xörək qaşığı pomidor tomatı
1 ovuc içi qədər təzə kəklikotu
1 kasa əkin soğan
Duz
İstiot
Zeytun yağı
ÜZƏRİ ÜÇÜN:
İstiotlu pomidor sos
Kaşar pendiri(holland)
İÇİ:
Dərin bir qazana zeytun yağı tökürük. Toyuğu əlavə edib qovurmağa başlayırıq. Toyuq, suyunu qoyub çəkəndə əkin soğan və sarımsaqları əlavə edirik. Qovurmağa davam edirik. Duzunu, istiotu və təzə kəklikotu qoyuruq. Bir az da bişiririk.
Kiçik saxsı qablarına bir toyuq xərci bölüşdürürük. Üzərinə pomidor sosu bölüşdürürük. Kaşar pendirini rəndələyirik və üzərilərinə bölüşdürürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada kaşar pendiri qızarsna qədər bişiririk.
Tarix: 27.03.2015 / 12:47 Müəllif: Nurana Baxılıb: 59 Bölmə: Toyuq yeməkləri