Toyuq çığırtması
Ərzaqlar
Kənd çolpası – 2 ədəd
Baş soğan – 10 ədəd
Yumurta – 15 ədəd
Kərə yağı – 200 q
Abqora – 50 q
Duz, istiot
Hazırlanma qaydası
1. Çolpa tikələrə bölünür, yuyulur və xırda doğranılmış soğanla kərə yağında qovrulur, duz və istiot vurulur.
2. Çolpa bişənə yaxın üzərinə yaxşı çalınmış yumurta əlavə edilir. Qarışdırmadan üzərinə abqora gəzdirilir və yağa düşənədək bişirilir.
Tarix: 18.12.2012 / 14:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 526 Bölmə: Toyuq yeməkləri
loading...