Tərkibi:
1 ədəd toyuq döşü
100-150 qr göbələk
200 qr mayonez
1 ədəd soğan
5 yumurta
200 qr düyü
150 qr cəviz
(göbələk sevməyənlər qarğıdalı və ya yaşıl noxud konservası istifadə edə bilər)
Hazırlanma qaydası:
1.)Toyuq ətini, düyünü, yumurtanı qaynadın.
2.)Toyuğun ətini sümüklərindən ayırın, xırda kubik şəklində doğrayın, yumurtalarıda doğramayı unutmayın:)
3.)Göbələkləri soğanla bərabər xırda doğrayaraq qızardın, və cəvizləri rəndədən keçirdin.
4.)Düyü-mayonez-toyuq-mayonez-göbələk-mayonez-yumurta-mayonez-cəzviz-mayonez şəklində qat-qat düzün.(hər qatı mayonezlə incə incə yağlayın)
5.)Salatın üzərini rəndədən keçrilmiş yumurta sarısıyla örtün və istəyə görə toyuq və ya xoruz şəklində düzəldin.
6.)Qırmızı və yaşıl sarı bibərlə pipiyini quyruğunu düzəldib bəzəyin.
Salatı 1 saat və ya 1 gecə soyuducuda saxladıqdan sonra süfrəyə verin. Nuş olsun!
Tarix: 18.12.2012 / 14:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 586 Bölmə: Toyuq yeməkləri