Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dildəki pirsinq beyində xərçəng xəstəliyi yaradır

Alimlər son illərdə gənclər arasında dəb halına gələn pirsinqlərin (bədənin müxtəlif yerlərinə deşilərək sırğaların taxılması - red.) dilə yerləşdirilməsi halında, ön dişlərin arasında məsafələr (diastemalar) yarandığını müəyyənləşdiriblər.

Buffalo Universitetinin alimləri, sözü gedən sırğaların dişlərə sürtməsindən müxtəlif çətinliklərin və ayrıca olaraq infeksiyanın yarandığını söyləyiblər.

"Clinical Orthodontics adlı tibb jurnalında nəşr olunan araşdırmada, mütəxəssislər bu bəzəklərdən imtina edilməsini təklif edirlər. Araşdırmaçılar, dilində pirsinq olan insanlarda, dilin sırğanı dişlərə doğru itələdiyini və bu səbəblə dişlər arasında məsafə yarandığını açıqlayıblar.

Bunların yalnız dişlərə zərər vermədiyini söyləyən elm adamları, həddindən artıq qan itkisi, infeksiya, diş ətlərində zədə ilə, ən ağır hallarda isə beyində xərçəng kimi ciddi sağlamlıq problemlərinə gətirib çıxardığına diqqət çəkiblər.


Tarix: 08.01.2015 / 14:23 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq
loading...