Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Masaj terapiyası

Bildiyimiz kimi masaj terapiyası əllər və xüsusi cihazlar vasitəsilə orqanizmin xarici səthinə tətbiq olunur.
Ümumi sağlamlaşdırıcı və idman massajından fərqli olaraq müalicəvi massaj, çox vaxt pasiеntin bədəninə müxtəlif məlhəm və yağları sürtməklə həyata kеçirilir. Dəriyə hoparaq bu məlhəmlər müəyyən müalicəvi еffеkt göstərirlər. Bədənə lazım olan yağları sürtməkdən əvvəl, çox vaxt müalicəvi vannalar məsləhət görülür.
Masaj terapiyası bədəndə qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, daxili orqanların fəaliyyətini tənzimləyir. Bəzi hallarda bu üsul ağrıların azaldılması vasitəsi kimi tətbiq olunur. Daha çox tibbi rahatsızlıqlar zamanı bu üsullara müraciət edirlər. Lakin, bəzi insanlar bu məsələdə qərarsız olurlar. Başqa sözlə ağrıları qısa müddətdə azaltmasına, sağlamlığa böyük faydaları olduğuna inanmırlar. Mütəxəssislər bu cür hallarda həkimlərə müraciət etməyi, müxtəlif ədəbiyyatları məqalələri, məlumatları mütaliə etməyi məsləhət görürlər. Hamilə qadınlar da masaj terapiyasına başlamazdan əvvəl həkimə müraciət etməlidirlər.
Onuda qeyd etmək lazımdır ki, masaj terapiyası bəzi kateqoriya malik insanlara əks təsir göstərir. Bunlara qanaxma xəstəliyi olanlar, aşağı səviyyədə trombositləri olanlar, varfarin kimi qan incəldən dərmanlardan istifadə edənlər, bədənlərində yara, qırıq və çatlar olanlar, dəri infeksiyalarından əziyyət çəkənlər aiddir. Həmçinin osteoporoz kimi zəif sümüklərə sahib olanlar, qan laxtalanmaları olanlar, əməliyyatdan yeni çıxanlar bu terapiyadan uzaq durmalıdırlar. Masaj terapiyası bu cür hallarda keçici ağrılar və ya rahatsızlıqlar, göyərmələr, şişmələr yaradır. Həsas insanlarda masaj yağlarına qarşı həssaslıq, allergiyalar ola bilər.
Sadalanan bu cəhətlər masaj terapiyasının əks təsirləridir və bunlara fikir vermək lazımdır.


Tarix: 08.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Saglamliq
loading...