Uzun müddət oturmağın sağlamlığa mənfi təsir etdiyini deyən mütəxəssislər, stol arxasında işləyənlərə qısa fasilə verdikləri zaman oturmaq yerinə hərəkət etməyi tövsiyə edirlər.
İtaliyanın La Stampa gazetində çıxan xəbərə görə, Avstraliyadakı Queensland Üniversitetində aparılan bir tədqiqat, stol arxasında isləyənlərin qısa müddətli fasilələr verərək az da olsa hərəkət etmələrinin, ürək sağlamlıqlarını qorumaq üçün çox faydalı olduğunu göstərdi.
Mütəxəssislərə görə, bu fasilələr ateroskleroz və diabet kimi xəstəliklərdən qorunmağa da kömək edir.
Tədqiqat qurupundan Genevieve Healy, edilən fasilələrin sayına görə, bel ölçülərində esaslı fərqlilikləri müşahidə etdiyini deyir və iş
yerində ara-ara ayağa qalxaraq hərəkət etməyi adət edənlərin bellərinin orta hesabla 4 sm daha incə olduğunu bildirib.
"Sağlamlıq üçün daha çox hərəkət edin" çağırışını edən mütəxəssislərin stol arxasında işləyənlərə etdiyi digər tövsiyələr isə aşağıdakılardır:
· - Əgər bir iş yoldaşınızla danışmağınız lazım gəlsə zeng etmək yerinə onun yanına gedin.
· - Hər mərtəbədə ayaq yolu varsa, digər mərtəbədəkində istifadə etməyə çalışın
· - Liftdən deyil, pilləkənlərdən estifadə etməyə çalışın
· - Telefonla danışarkən ayaq üstə dayanaraq danışın
Tarix: 08.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq