Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeyərək pəhriz saxlayın

Formada qalmaq hər kəsin arzusudur, hətta dərdidir desək, yanılmarıq. Bir çoxları bu arzuya çatmaq üçün nələr etmirlər… Aylarla dilinə çörək, yağ, ət vurmayanlar var. Ancaq biz sizə yeyərək pəhriz saxlamağın və bununla da formada qalmağın yollarını öyrədəcəyik.

İştaha azaldan vasitələr

Su içmək vacibdir

İştaha azaldan vasitələrdən biri də gündəlik maye qəbulunu artırmaqdır. Yaşına və boyuna görə dəyişsə də orta hesabla hər gün 2 litr su içmək iştahanızı azaltmaqda sizi kömək edər. Bunu bitki çayları vasitəsilə də edə bilərsiniz Yaşıl çay, darçınlı çay kimi içkilər sizin üçün yaxşı seçin olacaq.



Qidanıza xrom mineralı əlavə edin

Xrom mineralı iştaha nəzarətdə vacib ünsürlərdəndir Daha çox taxıl bitkilərində olur. Ancaq pəhriz zamanı taxır bitkiləri az istifadə edildiyi üçün xrom mineralından istifadə edilir. Ancaq bunu yerinə yetirərkən həkimlərinizdən mütləq məsləhət alın.



Bunlar çox vacibdi
Pəhriz menyunuzda ən az 1 porsiya süd, qatıq və ya ayran olmalıdır.
Ən az 2 porsiya meyvə olmalıdır.
2 porsiya tərəvəz olmalıdır.
Ən az 100 qram ət olmalıdır (müxtəlif cür ət məhsullarından ola bilər – inək, toyuq və s.).
Ən az 2 yemək qaşığı yağ olmalıdır.
Çörək mütləq olmalıdır.



İştaha azaldan əlüstü yeməklər isə bunlardır:
Almanı doğrayıb darçın əlavə edərək yeyin.
1-2 dilim ananası doğrayıb bir fincan süd və ya qatıq ilə yeyin.
Yeməklərdə cəfəridən istifadə edin.
1 stəkan ayran və ya kefirə cəfəri və nanə əlavə edərək yeyin.
Taxıl məhsullarından da istifadə edin.



Özünüzü tox hiss etmək istəyirsinizsə, bunlara əməl edin:

Səhər, günorta və axşam yeyəcəkləriniz bunlardır:
2-3 ədəd quru ərik, 2-3 ədəd qoz və ya 4-5 ədəd badam.
1 ədəd meyvə və bir stəkan yağlı qatıq və ya süd.
1 dilim çörək, bir dilim pendir və bir stəkan şəkərsiz çay.

İndisə sizə pəhrizli ancaq eyni zamanda sağlamlığa zərərsiz menyular təqdim edirik:



Yaşıl lobyalı buğda salatı

Məhsullar:
250 qram yaşıl lobya
2 yemək qaşığı bişmiş buğda
1 çay qaşığı zeytun yağı
1 çay qaşığı nar şərab

Hazırlanma qaydası:

Yaşıl lobyanı bir stəkan suda 10-12 dəqiqə qaynadın. Bişmiş lobyanı bişmiş buğda ilə qarışdırın. Üzərinə nar şərab və zeytun yağı əlavə edin.



Qızardılmış tərəvəz salatı

Məhsullar
1 ədəd badımcan
1 ədəd kabak
2 ədəd rəngli bibər
1 ədəd pomidor
2 diş sarımsaq
1 çay qaşığı zeytun yağı
1 çimdik duz

Hazırlanma qaydası:

Badımcanı, pomidoru, kabakı və bibərləri halqa-halqa doğrayın. Sarımsağı xırda-xırda dilimləyin. Doğranmış tərəvəzləri alt-üst qızarana qədər bişirin. Üzərinə zeytun yağı və sarımsağı əlavə edin.



Dondurmalı armud

Məhsullar
İkidə bir ölçüdə kub şəklində doğranmış armud
1 top meyvəli dondurma 1 çay qaşığı vanil
1 çay qaşığı balzamik sirkə

Hazırlanma qaydası

Doğranmış armudu bir qaba töküb üzərinə vanil və balzamik sirkə əlavə edin və qarışdırın. Sonra armudları bir qaba töküb üzərinə meyvəli dondurma əlavə edin.



Pendirli bibər dolması

Məhsullar
2 ədəd rəngli, təmizlənmiş dolmalıq bibər
4 yemək qaşığı pendir 1 çay qaşığı kəklikotu
1 çay qaşığı zeytun yağı
2 ədəd doğranmış pomidor

Hazırlanma qaydası:

Pendirə kəklikotu, pomidor və zeytun yağı əlavə edib qarışdırın. Bibərlərin içərisinə həmin qarışığı əlavə edib yeyə bilərsiniz.



Buğdalı qatıq salatı

Məhsullar

2 yemək qaşığı bişirilmiş buğda

1 çay qaşığı yağsız qatıq

1 ədəd doğranmış kök

Çay qaşığının üçdə biri qədər duz

Hazırlanma qaydası:

Qatığın içərisinə buğdanı, kökü və duzu əlavə edib qarışdırın, yeməyiniz hazırdır.



Mərciməkli ağ kələm salatı

Məhsullar
2 ədəd pomidor
4 xörək qaşığı bişirilmiş yaşıl mərcimək
5-6 yarpaq doğranmış və bişirilmiş kələm
1 ədəd limon 3-4 yarpaq tərə
2 çimdik duz
1 çay qaşığı sumaq

Hazırlanma qaydası:

Xırda doğranmış kələmi limon suyu və duzla qarışdırın. Pomidorları kub şəklində doğrayın və mərciməklə birlikdə kələmin üzərinə əlavə edib qarışdırın. Üstünü sumaq və tərə yarpaqları ilə bəzəyin.


Tarix: 27.12.2012 / 18:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Saglamliq
loading...