Xəstəliklərin irsən ötürülməsindən xəbərdarsınız. Bu mövzuda ananızı sorğu-sual edin. Yaxın qohumlarınızda hansı xəstəliklərin olması barədə məlumat toplayın. Diqqətli olsanız, bir ailənin oxşar xəstəliklərdən əziyyət çəkdıyinin şahidi olacaqsınız. Amma irsiyyət də hələ hökm deyil. Əgər əvvəlcədən irsinizdə olan xəstəliklərdən məlumatlansanız, onların qarşısını almaq çətin olmayacaq. Sağlamlığınıza məsuliyyətlə yanaşın.
Menopauza
Bir çox hallarda hormonal fəallıq və klimaks xüsusiyyətləri irsən anadan qızına ötürülür. Klimaks ya tez, ya da gec baş verə bilər. Gec baş verərkən tərləmə, axma, əhval-ruhiyyənin dəyişməsi ilə müşahidə olunur. Ana və nənədən aldığınız məlumatlar sizə vaxtında tədbir görməyə yardım edəcək və keçid dövrünün bir çox xoşagəlməz hallarından qoruyacaq. Orqanizmin hormonal dəyişiklikləri menopauzaya 10-15 i qalmış başlayır. Müasir qadınlarda bu 50-55 yaşa təsadüf edir. 100 il bundan əvvəl isə qadınlar 40 yaşında klimaks keçirirdilər.
Əgər sizin nəsildə menstrual funksiya 45 yaşlarında qurtarırsa, menopauzanı gecikdirmək və korrektə etmək üçün mütləq bunu ginekoloq – endokrinoloqa deyin. İlk baxışdan qadınlar elə düşünürlər ki, menopauza onlara sərf edəcək; bez almaqdan, axma qorxusundan, menstruasiya ağrılarından canları qurtaracaq. Amma vaxtından öncə baş vermiş klimaksda yaxşı heç nə yoxdur.
Menopauza zamanı yumurtalıqlar cinsiyyət hormonlarının yaranmasını azaldır və qadın qocalmağa başlayır. Yalnız xaricdən deyil, eləcə də daxildən qocalma prosesi gedir; ürək zəifləyir, əsəblər korlanır, sümüklərdə kalsium azalır… Bu ağrıları yaşamamaq üçün əvvəlcədən tədbirlər görün.
Varikoz
Sağlamlıq gendə yazılıb. Əgər ana varikoz xəstəliyindən əziyyət çəkirsə, demək, qızının da venaları möhkəm deyil. Vena damarlarının vəziyyətini bilmək üçün ultra-səs müayinəsindən – dopleroqrafiyadan keçin. Bu, vacib prosedurdur. Məsələ bundadır ki, döl inkişaf edərkən ilk olaraq vena «torunu» qurur. Bu «tor» bir ildən sonra, körpə ayağa qalxanda daha da fəallaşacaq. O vaxta qədər «tor» çəkiləcək və venalar yeganə periferik gövdə yaradacaq.
Bu prosesi miras qalmış genlər korlayır. Yəni yeganə venoz gövdə düzgün qurulmur: «tor» tamamilə sovrulmur və bunun nəticəsində də vahid gövdə sonadək formalaşmır. Bəzən heç müayinə olmadan da, dəri altında şaxələnmış göy damarlar görünür. Bu həyəcan təbilidir! Əgər müayinə varikoz genişlənməyə meylli olmanızı aşkar etsə, venalara xüsusi qayğı göstərməli olacaqsınız!
Təzyiq
Yaşdan asılı olmayaraq təzyiq 140/90mm.Hg/dan çox olmamalıdır. Bu ən yüksək həddir. Hipertoniyanın inkişafında irs faktoru böyük rol oynayır. Amma mütəxəssislərin dililə desək, hipertoniya multifaktoral xəstəlikdir. Çünki onun yaranma səbəbləri də müxtəlifdir – stress, siqaret, oturaq həyat tərzi, artıq çəki, alkoqol qəbulu, ət, yağlı və duzlu xörəklər, bəzi hormonal kontraseptiv və dərman qəbulu. Bunları ixtisar etsəniz, hipertoniyanın inkişaf təhlükəsini azaltmış olacaqsınız. Bu xəstəliyin əsas xüsusiyyəti odur ki, risk faktorlarını nəzarət altında saxlaya bilirik. Yəni xəstələri «möhürləyən» özəl genetik proqram yoxdur.
Əgər nənəniz təqaüdə cıxdıqdan sonra hipertoniya xəstəliyinə tutulubsa, sakit yata bilərsiniz, hipertonikə çevrilmə riski çox azdır. Amma nəslinizdə cavan yaşlarında (40 yaşadək) bu xəstəlikdən əziyyət çəkən, ya infarkt keçirən olubsa, o zaman təhlükə sizi də gözləyir. Bu faktlar xəstəliyin ağır, təzyiqin hipertenziv preparatlara tabe olmayacağını düşünməyə əsas verir. Bu ssenarinin reallaşmaması üçün özünüzü stresdən qoruyun və hər gün tonometrdəki göstəricilərə diqqət yetirin!
Qanda şəkər
Qan analizini səhər acqarına vermək şərtilə norması 3, 3 -5, 5 mmol/1 olmalıdır. Ananızı bu analizi verməyə məcbur edin. 40 yaşından sonra ildə bir dəfə analiz vermək lazımdır, çünki bu zaman şəkərli diabetin 2 – ci tipi ilə xəstələnmək riski artır. Bu xəstəlik adının şəkərli olmasına baxmayaraq ağır nəticələrə səbəb ola bilir; korluq, hipertoniya, böyrək çatışmazlığı, daban hüceyrələrinin məhv olması (bu zaman ayaqlar amputasiya olunur).
Xoşbəxtlikdən, zamanında görülmüş tədbirlər bu cür sonuclardan qaçmağa kömək edir. Öncədən genetik meyli bildikdə diabetin 2-ci tipinin yaranmasının qarşısını tamamilə almaq olar. Əgər ana və atanız bu xəstəlikdən əziyyət çəkirsə, demək, sizdə də 40 yaşdan sonra diabet inkişaf edəcək. Genetik proqramı reallaşdırmamaq üçün şəkəri meyvələrlə əvəz edin, fitneslə məşğul olun və çəkinizi nəzarətdə saxlayın!
Görmə qabiliyyəti
Ananız uzağı pis görürsə, siz-də görmə qabiliyyətinin zəifləmə riski 25% – dir. Gözlərinizi qoruyun! Atanızda da həmin problem varsa 50% ehtimalla bu xəstəliyə sahib ola bilərsiniz. Valideynləriniz görmə qabiliyyətlərindən şikayət etmirlərsə, gözlərinizin zəifləmə riski 8% – dir. Həm də irsən xəstəlik özü deyil, göz almacığının quruluşu keçir. Elə bu da uzağı pis görmək üçün şərait yaradır.
40 yaşından sonra isə demək olar ki, bütün insanlar göz büllurunun elastikliyini itirməsi nəticəsində yalnız uzağı yaxşı görürlər. Bir qayda olaraq, 40-45 yaşlarında çoxları oxumaq üçün eynəkdən istifadə edir. Bu yaşlarda görmə qabiliyyəti ildən-ilə zəifləyir. Hər kəsdə də bu artımın sürəti fərqlidir. Gələcəkdə nəyə hazır olmanızı bilmək üçün valideynlərinizdən bu haqda məlumat alın.
Miqren
Başın bir, ya iki tərəfində döyünən ağrı irsən qadın xətti ilə – anadan, nənədən, xaladan və digər yaxın qa-dın qohumlardan keçir. Ananız miqrendən əziyyət çəkirsə, sizin bu xəstəliyə tutulma riskiniz 72%-dir. Kişilərdə bu xəstəliyə 3-4 dəfə az rast gəlinir.
Əgər onda da miqren varsa, siz 90% ehtimalla miqren varisi olacaqsınız. Öncədən tədbirlər görün; 8 saat-dan az yatmayın, stresdən və yağlı xörəklərdən qaçın, kontrast prosedurlarla damarlarınızı məşq etdirin.
Sümük toxuması
40 yaşından sonra sümüyün kövrəkləşmə – osteoporoz riski yaranır. Müntəzəm olaraq densitometriya etdirmək lazımdır. Ümumiyyətlə, bu xəstəlik ildən – ilə cavanlaşır.
Daha çox laktikturşulu ərzaqlarla qidalanın və çoxlu gəzin. Daima hərəkətdə olmanız sizi yaşlanma zamanı sümük kövrəkliyindən qoruyacaq. Yadda saxlayın ki, əgər yaxın qohumlarınızda 50 yaşından sonra sınıq olubsa, onun taleyini təkrarlamaq riski sizin üçün artır. Həm onların qayğısına qalın, həm özünüzün!
Mammoloq
Qadın 40 yaşından sonra hər il bu mütəxəssisə baş çəkməyə və mammoqrafik müayinədən keçməyə məcburdur. Əgər süd vəzisi xərçəngindən nənəniz, ananız, xala və ya bacınız əziyyət çəkibsə, o zaman yaşından asılı olmayaraq hər il müayinədən keçməlisiniz.
Bu, o demək deyil ki, mütləq bu xəstəliyə tutulacaqsınız. Sadəcə sağlamlığınıza maksimum diqqətlə yanaşın. Dünya statistikasına görə, mammoqrafiya döş xərcəngindən ölümü 25% azalda bilib. Şişlərin erkən mərhələdə aşkarlanmasını isə 80% təmin edir.
Siqaret
Britaniya alimləri qeyd edirlər ki, siqaret çəkməklə DNT-ni dəyişib irsən ötürmək olur. Əgər ananız hamiləlikdən öncə, hamiləlik zamanı siqaret çəkibsə, sizdə bronxial astma xəstəliyinə tutulma riski 1,5 dəfə, övladlarınızda isə 2 dəfə artıqdır. Demək, siqaret nəinki sizin özünüzə, eləcə də gələcək nəsillərə ziyandır.
Tarix: 27.12.2012 / 11:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 789 Bölmə: Saglamliq