Kofe xərçəng riskini azaldır
Gündə 5 fincan kofedən istifadə etmək 50 yaşdan sonra süd vəzi xərçəngi riskini azaldır. İsveçin Karolin İnstitutunun alimlərinin yeni araşdırması bu qənaətə gəlməyə əsas verib. Araşdırmada yarısı süd vəzi xərçəngindən əziyyət çəkən 5 mindən artıq qadın iştirak edib.
"The Telegraph"-ın verdiyi xəbərə görə, onların sağlamlıqlarına nəzarət edən ekspertlər kofedən istifadənin pisxassəli şişin yaranması riskini 20 faiz azaltdığını müşahidə ediblər.
Tədqiqatçılar kofenin bu səmərəsinin tərkibində bol olan antioksidantlarla əlaqəli ola biləcəyini ehtimal edirlər.
Tarix: 08.01.2015 / 14:05 Müəllif: Aziza Baxılıb: 10 Bölmə: Saglamliq
loading...