Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutqanlığın sadə həlli

Günümüzdə elə insanlar var ki, müxtəlif səbəblərdən ünvan və , telefon nömrələrini, xüsusi günləri, dost adlarını, müxtəlif əşyaları tez-tez unudurlar. Həmin səbəblərə işlərin çoxluğu, depressiya halları, müxtəlif problemlər aiddir. Müasir dövrümüzdə unutqanlığın həll üsulları isə çoxdur. Çoxlarının bildiyi ən vacib üsul düzgün qoyulmuş diaqnozla uyğun müalicədir.
Unutqanlıq probleminin sadə həllərindən biri isə düzgün qidalanmaqdır. Məlumata görə xeyirli qida əlavələri ilə yanaşı alma, qaragilə, pomidor, ispanaq, omega 3, bitter şokoladı, yaşıl çay da unutqanlığa yaxşı təsir göstərir.
Alma
Məlumata görə alma tərkibində olan "quercetin" maddəsi sayəsində yaddaşı qüvvətləndirir. Bundan əlavə bu meyvə ürəyə, xolesterinə, qəbizliyə, dişlərə və bir çox xəstəliklərə faydalıdır.
Qaragilə
Bildiyimiz kimi qaragilə meyvəsi sidik yolu infeksiyalarına, görmə itkisinə, ürək xəstəliklərinə, həzm sistemi xəstəliklərinə, depressiya və bir çox xəstəliklərə kömək edir. Məlumata görə bu meyvənin tərkibində olan fosfor, maqnezium kimi təsirli minerallar və A, B, C qrupu vitaminlər beyin sağlamlığı üçün idealdır və unutqanlığa xeyirlidir.
Pomidor
Pomidorda olan likopein maddəsi güclü antioksidant hesab olunduğundan hüceyrə problemlərinə kömək edərək altsheimer kimi yaddaş problemlərinin yaranmasına maneə törədir.
İspanaq
Məlumata görə ispanağın tərkibində C, B, E qrup vitaminlərindən əlavə fosfor, maqnezium, yod, dəmir maddələri var. Məhz, bunların sayəsində ispanaq bitkisi yaddaş problemləri yaşayanlar üçün olduqca faydalıdır.
Omeqa 3
Omeqa 3 yağ turşusunun ən çox qızıl balıqda, sardelyada, ton balığında olduğu bildirilir. Edilən elmi araşdırmalar yaşla bağlı yaranan yaddaş itkiləri üçün omeqa 3 və dəniz məhsullarının faydalı olduğunu göstərib.
Bitter Şokolad
Deyilənə görə tərkibində 70% nisbətində kakao olan bitter şokoladı antioksidant təsir yaradır. Gündə ən az bir ədəd bitter şokoladından istifadə, yaddaşı qüvvətləndirməklə, konsentrasiyanı artıra və enerjini yüksəldə bilər.
Yaşıl Çay
Yaşıl yarpaqlı bitkilərdə olan antioksidantlar, A və C vitaminləri, dəmir və kalsium kimi yaddaşı qüvvətləndirən komponentlərin yaşıl çayda olduğu bildirilir. Buna görə yaddaş problemləri yaşayanlar istəyə uyğun gündə 1 stəkan yaşıl çay içə bilərlər.


Tarix: 08.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Saglamliq
loading...