Həkimdən daha çox soruşulan məlumatlardan biri də süd və süd məhsullarının təsiri ilə bağlı olur.Demək lazımdır ki, onlar mütləq şəkildə xeyirli bir qida olmayıb öz zərərli tərəfləri ilə narahatlıq doğura bilər.Süd və süd məhsullarından davamlı və plansız bir şəkildə istifadə etmək kifayət qədər ciddi böyrək daşı, mədə-bağırsaq traktı (MBT) və xərçəng xəstəliklərinə səbəb ola bilər. Aparılan son tədqiqatlar bunu deməyə əsas verir ki, gün ərzində bir neçə paket yoğurt qəbul edən insanlarda bəzi qida komponentlərinin disbalansı yaranır.Yoğurt özlüyündə orqanizmə faydalı bakteriya və probiotiklər ilə zənginləşdirilmiş qida olub normasında qəbul olunan zaman kifayət qədər xeyirli olub MBT funskiyasına da müsbət təsir edir.Onun normadan artıq istifadə olunması orqanizmi yoğurta daxil olan komponentlərlə yükləyəcək və nəticə etibarilə bağırsaq və mədənin disfunksiyası, köp, diareya və başqa bu kimi narahatlıq gətirici proseslərə səbəb olacaqdır.Həmçinin ən təhlükəli məqamlardan biri də orqanizmə normasından artıq miqdarda kalsiumun daxil olmasıdır.Bu çəngələbənzər vəzi disfunksiyasına və onun xərçənginə, damarlarda kalsinat tıxanıqlığına və böyrək daşlarının əmələ gəlməsinə səbəb olur.Bununla yanaşı orqanizmin sink və dəmiri mənimsəmə qabiliyyəti azalır.Mütəxəssislərin rəyinə əsasən müxtəlif qatqılarla zənginləşdirilmiş yoğurt orqanizmin şəkər yüklənməsi ilə nəticələnir ki, bu da diabet riski deməkdir.Əsl yoğurt maya və təbii süddən hazırlanmalıdır.
Tarix: 09.01.2013 / 22:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Saglamliq