Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələr mübadiləsini oyatmaqda fayda var

Qış fəsli sona çatır, havalar isə yavaş-yavaş isinir. Bu günlərdə maddələr mübadiləsini qış yuxusundan oyatmağın vaxtıdır. Sağlam və balanslı qidalanaraq və idmanla məşğul olaraq maddələr mübadiləsini sürətləndirmək olar. Bunun sayəsində qış aylarında aldığınız artıq çəkilərdən bədəninizi gümrah tuta bilərsiniz.
Maddələr mübadiləsini qış yuxusundan oyandırmaq üçün: az amma tez qidalanmağın, su içməyin, lifli qidalardan qəbul etməyin, zülallı qidalara sərhəd qoymağın, idmanla məşğul olmağın faydaları bildirilir.
Az və tez qidalanmaq, qan şəkərini tənzimləyir. Çox vaxt biskivit, keks, tort kimi xəmirdən hazırlanan qidaların yerinə vitamin dəyəri yüksək, kalori dəyəri isə aşağı olan yeməklərin seçim olunması bildirilir. Meyvə, süd-qatıq, quru meyvə-fındıq, badam, qoz kimi qidalardan da istifadə edilməlidir. Bu qidalar lifli olduqları üçün, həzm sistemini asanlaşdırır.
Yatan maddələr mübadiləsini oyandırmanın ən yaxşı yolu nizamlı su içməkdir.
Lifli qidalanmanın isə həm mədəni həm də bağırsaqları işlətdiyi bildirilir. Ən zəngin lif qaynağı olan meyvə və tərəvəzlərin liflərini ala bilmək üçün mümkün olduğu qədər çiy istifadəsi olunması məsləhət görülür.
Zülal istifadəsi isə həddindən atıq məsləhət görülmür. Qış mövsümündə balıq bol olduğundan həftədə 3 dəfə təzə balıq istifadəsi uyğun hesab olunur.
Hansı ət növü olursa olsun onu düzgün bişirmək əhəmiyyətlidir. Sobada, qızartma və ya qazan ilə bişirmə üsullarını seçmək məsləhət bilinir.
İdman ilə maddələr mübadiləsini sürətləndirmək olur. Hərəkətsizlik maddələr mübadiləsinin sürətini yavaşladan faktorların başında gəlir. İdman xüsusilə qış aylarında ən çox laqeydlik edilən mövzuların başında gəlir. Soyuq havanın da təsiriylə bir çox bəhanə ilə davamlı təxirə salınır. Halbuki idman maddələr mübadiləsini sürətləndirmək üçün ən təsirli yollardandır. İdman üçün mütləq bir idman salonuna getmək lazım deyil. Hava şərtlərinin uyğun olduğu zamanlarda məşğul olmaq əhəmiyyətli hesab olunur. Yüksək tempdə rəqs edərək və ya evdə sadə hərəkətlər etmək də faydalıdır.


Tarix: 08.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Saglamliq
loading...