BBC-nin yaydığı məlumata görə qida qəbulundan 15 dəqiqə sonra gəzişmək və ya hərəkətdə olmaq faydalı hesab olunur.
Xüsusi ilə yaşlılarda olan şəkər xəstəliyinə müsbət təsir göstərir.
Bəzi şəxslərdə yeməkdən sonra qanda şəkərin miqdarının artması şəkər xəstəliyinin 2 tipinin riskli olmasına səbəb olur.
Məlumata görə ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən aparılan araşdırmada, yemək sonrası gəzintinin və aktivliyin qanda olan şəkərin miqdarını azaltdığı deyilir. Bu baxımdan yeməkdən sonra istirahətin zərərli olmasına diqqət yetirmək lazımdır.
Araşdırma nəticələrini qələmə aldığı bildirilən Loretta DiPietro'ya görə, yeməklərdən sonra qanda şəkərin sürətlə yüksəldiyi "riskli anlarda" qısa məşqlər etmək vacibdir. Həmçinin məlumatda bildirilir ki, gündə üç dəfə 15 dəqiqə gəzişmək əhəmiyyətlidir. Tədqiqatın nəticələrinə görə gəzinti üçün ən yaxşı vaxt axşam yeməyindən sonrakı vaxtdır. Çünkü, axşam yeməyindən sonra qanda olan şəkərin miqdarı daha çox yüksəlir.
Artıq çəkidən azad olmaq proseduraları və lazımi məşqlər bu problemin həlli üçün ən yaxşı vasitə hesab olunur.
Dr. DiPietronun sözlərindən aydın olur ki, araşdırma nəticələrinin təsdiqi üçün geniş miqyasda işdər görmək gərəklidir.
Onuda qeyd etmək lazımdır ki, sözü gedən Amerikalı qrupun araşdırması yaşı 60-dan çox olan 10 adam üzərində aparılıb.
Tarix: 08.01.2015 / 12:45 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Saglamliq