İnsan orqanizminin fəaliyyəti həyatla sıx bağlıdır. Bu, yeni elmi kəşf deyildir. Qədim Şərqin peşəkar həkimləri və xalq loğmanları hələ bir neçə əsr əvvəl bu qanunauyğunluğu dərk etmiş, xəstələri vaxtın əlverişli anından asılı olaraq müalicəyə çalışmışlar.
Müəyyən olunmuşdur ki, maqnit sahəsinin mənfi təsirinin dərəcəsi insan orqanizminin gün ərzində fəaliyyəti ilə bağlıdır. İnsanın əhvalı və iş qabiliyyəti vaxt anomaliyasından asılıdır.
SAAT:
1.00. Adamların çoxu artıq 3 saata yaxındır ki, yatıb. Yuxu dərin deyil. Bu dövrdə orqanizm ağrıya çox həssasdır.
2.00. İnsan orqanizminin qara ciyərdən başqa bütün orqanları ritmik olaraq fəaliyyətini yavaşıdır. Qara ciyər isə toksik maddələri qüvvətlə dağıdır və onları orqanizmdən çıxarmağa kömək edir.
3.00. Bütün orqanizm dincəlir. Əzələlər tam boşalır. Nəbz və tənəffüs tezliyi azalır.
4.00. Qan təzyiqi aşağı səviyyədədir. Buna müvafiq olaraq beyin maddələri qanla kifayət qədər təmin olunmur. Xəstələrin çoxu məhz bu saatda dünyalarını dəyişir. İnsan duyumu bu dövrdə çox həssas olur.
5.00. Böyrəklər sidik ifrazını dayandırır. Yuxu dərin və eyni zamanda oyanmağa yaxındır. Əgər adam oyanarsa, özünü gümrah hiss edər.
6.00. Qan təzyiqi yüksəlməyə başlayır. Ürək döyüntüsü artır.
7.00. İnsan orqanizminin immuniteti güclənir. Əgər bu zaman bədən virus və ya patogen mikroba yoluxsa, orqanizm tərəfindən güclü müqavimət göstəriləcək.
8.00. Toksik maddələr qara ciyərdə tamamilə zərərsizləşdirilir. Əgər bu vaxt ərzində spirtli içki qəbul edilsə, qara ciyər yüksək təzyiqə məruz qalar. Ona görə də bu zaman spirtli içkilər içmək qadağandır.
9.00. Əsəbi-psixi vəziyyət ən yüksək həddə çatır. Ağrıya həssaslıq azalır. Ürək daha məhsuldar işləməyə başlayır.
10.00. İnsan ruh yüksəkliyinə və coşğun enerjiyə malikdir, fiziki vəziyyətində daha yaxşıdır, iş qabiliyyəti daha artıqdır.
11.00. Ürək əvvəlki aramla döyünür, İnsan heç yorulmur.
12.00. Bu zaman insan daha fəal vəziyyətdə olur. Ona görə də, nahara bir saatdan tez getmək məsləhət görülmür.
13.00. Qara ciyər dincəlir. Qlikogenin bir hissəsi qana daxil olur. Yüngülcə süstlük əlaməti özünü büruzə verir, istirahət etmək lazımdır.
14.00. Bu saat insan orqanizminin gün ərzində həyat fəaliyyətinin ən aşağı nöqtəsidir. İnsanın reaksiyaları zəifləyir və yavaşıyır.
15.00. Bədənin orqanları, xüsusən dad və iybilmə üzvləri çox həssas olur. İş qabiliyyəti tədricən bərpa olunur.
16.00. Qanın tərkibində şəkərin miqdarı artır, lakin onun tərkibi tez qaydaya düşdüyündən heç bir xəstəliyə səbəb olmur.
17.00. İş qabiliyyətinin səmərəsi yüksəlir. Orqanizmin dözümlülüyü təxminən 2 dəfə artır.
18.00. Ağrıya qarşı həssaslıq azalır. Əsəb sisteminin fəaliyyəti də ləngiyir.
19.00. Qan təzyiqi qalxır. Əsəbi-psixi fəaliyyət dayanıqlı olmur, bəzən hər kiçik şey üstündə çılğınlığa qədər gətirib çıxaran əsəbilik meydana çıxır.
20.00. Bütün bədən maksimum işlək vəziyyətə çatır. Orqanizmin reaksiyası daha iti və kəskin olur. Müşahidə edilib ki, sürücülər bu saatda daha az qəza törədirlər.
21.00. Əsəb sisteminin fəaliyyəti qaydaya düşür. Yaddaş qabiliyyəti, məsələn, aktyorlarda, şagirdlərdə yüksəlir.
22.00. Qanda leykositlərin (ağ qan kürəciklərinin) miqdarı 5.000 vahiddən 8.000 vahidə, hətta 12.000 vahidə çatır. Bədən temperaturu aşağı düşür.
23.00. Orqanizm istirahətə hazırlaşır. Hüceyrələr öz funksiyalarını bərpa edir.
24.00. Günün son saatı, Əgər insan saat 24-də yatağa uzansa. ən gözəl yuxular görər,[/color]
Tarix: 10.01.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 634 Bölmə: Saglamliq