Ağır və stressli bir iş günündən sonra çox yorğunsunuz, həm fiziki, həm də mənəvi cəhətdən özünüzü narahat hiss edirsiniz, üstəlik acsınız…
Nisbətən yüngülləşmək üçün duş qəbul edirsiniz, çünki bundan başqa bir çarə tapa bilmirsiniz. Stress aradan qaldırıcı yeməklərdən xəbərdarsınızmı bəs?
Qırmızı ət: sinklə bol olan, B vitamini və dəmir ehtiva edən ət stressli bir günün sonunda yemək masasına qoyulan ən uyğun yemək olar.
Süzmə pendir və meyvə: pendir kalsium və zülal baxımından çox zəngindir. Həmçinin C vitamini ilə bol olan olan meyvələrlə, xüsusən də portağalla birlikdə qəbul etsəniz nəticəsi görərsiniz.
Süd: B12 və B2 vitaminləri ilə zəngin olan süd stressə qarşı ən yaxşı qidadır.
Badam: Stressi yeməklə aradan qaldırmaq üçün bir qidaya ehtiyacınızmı var? Elə isə mütəxəssislər badamı məsləhət görür. Sink və maqnezuim, E və B2 vitaminləri baxımından badam olduqca zəngindir.
Ton balığı: B6 və B12 vitaminləri ilə zəngin olan ton balığı xüsusilə nahar üçün ideal bir seçim olar. Bir şərtlə ki, mayanezdən istifadə etməyəsiniz.
Tarix: 27.12.2012 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Saglamliq