Ağrılar və sancılar sizə əziyyət verir? Yerimə üslubunuz bir gün bədən orqanınızı sıradan çıxarda bilər.
Suzanne Dancer demək olar ki, bir neçə il diz ağrısından əziyyət çəkib.
Mark Kutkoski təxminən insanların 50 faizi yaşlandıqça dizlərində osteoartritin əlamətləri görünməyə başladığını deyir.
Milli Elm Fondunun dəstəyi ilə mexanik mühəndis Mark Kutkoski və onun Stanford Universitetindəki komandası insanlara sağlıqlı həyat yaşamaqları üçün kömək etmək istəyirlər.
Bunu etmək üçün onlar könüllülərə sensorlar bağlayırlar. Loyd addım atdığı zaman, proqram dəqiq olaraq oynaqlara düşən yükü hesablayır. Və bu hesablama Markın komandasına yerişi dəyişdirməklə ağrını yüngülləşdirməyi müəyyənləşdirməyə imkan verir.
Kutkoski deyir ki, onlar biomexanik model işlədirlər.
"Əgər siz ayaq barmaqlarınızın istiqamətini dəyişsəz, siz dizə düşən təzyiqi azalda bilərsiz."
Diz ağrısının kökündə əsas problem qığırdaqda qeyri-bərabər sürtünmə yaxud yırtıqdır ki, bu adətən artiritlə nəticələnir.
O, deyir ki, məqsəd ağırlığı dizin oynağını işlənmiş yerindən daha yumşaq nöqtəyə dəyişməkdir.
Könüllülərə yeni yerimə üslubunu öyrənməkdə kömək etmək üçün Kutkoski və onun komandası bioreaksiya cihazı inkişaf etdiriblər.
Onlar həmçinin dəyişdirilmiş yürümə üslubunu laboratoriya xaricində gücləndirmək üçün prototip versiyasını inkişaf etdiriblər.
Addımlamaq terapiyası sadəcə ağrısı olan insanlar üçün deyil. Kutkoski deyir ki, idmançılar bioreaksiya texnikasından istifadə edərək hərəkətlərini təkmilləşdirə bilərlər.
Tarix: 08.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Saglamliq