Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti havalardan qorunmağın yolları

Yay fəslinin istisinə çoxları sevinsə də, isti havadan əziyyət çəkənlərin sayı az deyil. İsti havalarda sərinləməyin sadə və tez başa gələn yolları var.
Məsələn: ventilyatoru pəncərəyə yaxın yerdə işlətmək, açıq rəngli paltar geyinmək, istiotlu yemək yemək, ilıq duş qəbul etmək və s.
Pəncərələri bağlı olan otaqda ventilyatorun işləməsi havanın daha yaxşı dövriyyəsini təmin edir. Lakin daha effektiv yol cihazı açıq pəncərinin yaxınlığında yerləşdirməkdir. Bu bayırdan gələn sərin havanın içəriyə çəkilməsinə kömək edir. Pəncərə açıq olanda ventilyator bayırdan içəriyə soyuq hava çəkir, pəncərə bağlı olanda isə yalnız içəridəki hava dövriyyə olunur.
Açıq rəngli paltar hamını sərin saxlamasa da məsləhətdir.
Soyuq üşüdücü duşun qəbul edilməsi isə bədənin hərarətinin aşağı salınması ilə qısa və tez başa gələn yol kimi görünür. Lakin soyuq duş altına düşən insan orqanizmi istiliyi saxlamağa çalışır. Bədənin temperatu qızanda soyuq duş altına girmək qan dövranını məhdudlaşdırır və bədənin istiliyinin çıxmasının yollarını qapadır.
Bu səbəbdən də misal üçün 20C temperaturda olan su altında duş qəbul etmək 10C dərəcədə olan suyun altında duş qəbul etməkdən daha yaxşıdır.
Bu baxımdan suyun temperaturu elə seçilməlidir ki, bədəni soyutmaq üçün kifayət qədər sərin olsun, eyni zamanda qanın dəri kapillyarlarına işləməsi üçün də kifayət qədər ilıq olmalıdır. Bu sistem bayırdakı sərin hava kütləsini pəncərənin aşağısından içəriyə çəkir. İçəridəki isti hava isə pəncərənin yuxarı hissəsındən bayıra çıxır.
Eyni prinsip 2 mərtəbəli evlərdə də tətbiq olunur. Yuxarı və aşağı mərtəbələrdəki pəncərələri açmaqla evin içindəki havanın dövranını yaxşılaşdırmaq və evi sərinləşdurmək mümkündür.


Tarix: 08.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Saglamliq
loading...