Ürəyin Dostu Pomidor Pomidorun tərkibində olan A və C vitaminləri, fol turşusu, kalsiyum, qida lifi və qoruyucu antioksidlər sağlamlığımız üçün son dərəcə lazımlı maddələrdir. Xüsusi ilə kimyəvi kübrə istifadə olunmadan yetişdirilən pomidorlar daha çox flavonoit maddəsi ehtiva edir. Bu da pomidorun antiviral və antioksidan funksiyalarını daha da artırır. İndi isə ündəlik qidalanmamızda pomidordan istifadə etmənin nə üçün önəmli olduğunu görəcəyik:
Dərinizi Qoruyur:
İncə qabıqlı bu tərəvəzin, dərinizi günəşin təsirindən qoruyan bir vasitə olduğunu bilirsinizmi? Aparılan bir araşdırmada günəş yanıqlarından şikayətçi və günəşə qarşı həssas dəriyə malik bir qrupun gündəlik qidalanmalarına pomidor əlavə edildi. Bu növ qidalananların dərilərinin 10 həftədən sonra günəşin ultrabənövşəyi şualarına qarşı daha güclü bir hal aldığı aydınlaşıb.
Yaşlanmanı gecikdirir:
Pomidorların sərbəst radikalları önləyici likopen və beta kearatin ehtiva edir. Sərbəst radikallar bəzi hüceyrələrdə TNT-yə 42%-ə qədər xəsarətlər verirlər. Pomidoru az miqdarda zeytun yağı ilə birlikdə qəbul etdikdə, yaşlanmaya qarşı bədəninizi daha güclü bir hala gətirir. Həqiqi yaşınız hesablanarkən, qan dövranı səviyyəniz çox əhəmiyyət daşıyır. 115/76 və daha aşağı bir qan təzyiqi səviyyənizin sayəsində, 12 yaşa qədər cavanlaşa bilərsiniz.
Qan təzyiqini salır:
Yeməklərin yanında mütləq pomidordan istifadə edin. Bu, qan təzyiqinizin enməsi üçün xeyirlidir. Yüksək təzyiqdən şikayətçi olan bir qrup xəstə üzərində aparılan bir araşdırmada, xəstələrin gündəlik qidalanmalarına pomidor əlavə edildi. 8 hə ə davam edən araşdırmada hər gün pomidor qəbul edən xəstələrin sistolik qan təzyiqinin 10 dərəcə, diyastolik qan təzyiqi dəyərlərinin də 4 dərəcə endiyi müşahidə edilib.
Qribin qarşısını alır:
Keratinlər (likopen və beta keratin) kimi meyvə və tərəvəzlərdən əldə edilən, qoruyucu piqment dəyərləri aşağı olan insanların gündəlik pomidor qəbul etmələri məsləhətdir. Bakteriya və viruslarla mübarizəyə köməkçi olan keratin birləşmələri çox əhəmiyyətlidir. Gündəlik pomidor tələbatınızı bir stəkan pomidor suyu ilə aradan qaldıra bilərsiniz. Bu vaxt bədəninizin soyuqdəyməyə və qripə qarşı daha çox dözümlü olduğunu görəcəksiniz.
Xolesterolu idarə edir:
Gündə bir pomidor sizin arteriya və ürək problemlərinizə qarşı mübarizənizdə ən güclü dostunuz ola bilər. Gündəlik pomidor yeməyə başlayandan sonra, 4 həftə ərzində xolesterol səviyyəniz enər.
Gözəl cild Üçün Xiyar
Olduqca sulu bir qidadır. A, C, B1 və B2 vitaminləri ilə fosfor, dəmir, kükürd, maqneziyum və zülalehtiva edir.
Xiyarın faydaları:
Xiyar, sidikqovucu və qanı təmizləyicidir. Bağırsaqları yumşaldır və qəbizliyi aradan qaldırır. Hərarəti kəsir. səbləri
sakitləşdirir. Yorğunluğu aradan qaldırır. Revmatizm ağrılarını yüngülləşdirir. Yuxusuzluğa yaxşı təsir edir. Xiyar qanda olan xolestrolu düşürməklə yanaşı, ürək və damar xəstəliklərinə qarşı da bədəni qoruyur. Bədənin infeksiyalara
qarşı dözümünü artırır. Böyrək xəstəlikləri, bağırsaq iltihabı və gut xəstəliyinə faydalıdır. Xiyardan istifadə etmək, tər vəzisinin sağlam işləməsinə kömək edir.
Necə istifadə olunur?
Xiyar təzə olaraq, təmizlənərək və ya turşu olaraq istifadə olunur. Qabığıyla yedikdə qida dəyərləri qorunmuş olur. Həmçinin xiyardan, dəri baxımı və təmizliyi üçün mütəmadi istifadə olunur. Xiyar dilimlənərək dəriyə qoyularsa,
dərini yumşaldar və nəmləndirər. Dəridəki qaşınmaları, qırışları, sızanaq və ləkələri aparar. Soyuq südə doğranmış xiyardan mütəmadi istifadə etməklə üzdə olan çilləri yox etmək olar.
Xiyar qaraciyəri və böyrəkləri işlədərək çox miqdarda sidik ixrac olunmasına kömək edir. Eyni zamanda sidiklə birlikdə sidik cövhəri turşusunu və duzları əridib bədəndən xaric edir.
Xiyar, tərkibində olan bol miqdarda kükürdün köməyi ilə həm qanı təmizləyir, həm də tər vəzilərinin normal işləməsinə
kömək edir. Xiyar bol vitamin və dəmir maddəsi ehtiva etdiyi üçün dərinin təzə və hamar olmasını təmin edir. Xiyar, dərini bir tonik qədər təmizləyir. Ət yeməklərinin verdiyi susuzluğu kəsir. İsti havalarda əla sərinlədici vasitədir. Xiyar qəbizliyin qarşısını alır. Ürək xəstəlikləri və infeksiyalara qarşı təsirliolan xiyar, bədənin infeksiyalara
qarşı dözümlüyünü artıraraq qanda olan xolesterolun səviyyəsini endirir.
Ürək üçün faydalı bibər
Bibərin bütün növləri C vitamini baxımından zəngindir. Bibər mədəni oyandırır, mədə ifrazatını artırır, iştahanı açır və həzmi asanlaşdırır. Sidik ifrazatını artırır. Soyuqdəymələrin ilk göstəricisi hiss olunduqda bibər qəbul etmək xeyirlidir.
Çox miqdarda qəbul edilən acı bibər mədə və bağırsaqlarda təhrifata yol aça bilər, hə a böyrəklər və qaraciyərin narahatlığına səbəb ola bilər.
Badımcan ailəsindən olan yaşıl bibər C vitamini ilə zəngindir. Hər nə qədər bütün mövsümlərdə tapılsa da qarşımızdakı aylar körpə bibərləri qəbul etməyin əsl zamanıdır…
Yeməklərə və salatlara dad qatan bibər eyni zamanda tiamin, nikotin, fol turşusu, maqnezium, A vitamini, K vitamini, B6 vitamini və kalsiumla da çox zəngindir. Avstraliyadakı Tasmaniya Universiteti mütəxəssislərinin apardığı araşdırmaya görə qırmızı acı bibər, ürək sağlığına və yuxusuzluğa yaxşı təsir göstərir. 10 nəfərlik bir könüllü qrup üzərində 18
ay araşdırma edən elm adamları bir qrupa gündə 15 qram qırmızı acı bibər verdikləri halda, digər qrupa verməyiblər.
Araşdırmanın nəticə raportuna görə: “Qırmızı acı bibərin qəbulu sayəsində yaxşı bir yuxu çəkə bilərsiniz. Yaxşı bir yuxu da ürək sağlığına müsbət təsir göstərir. Bibər, hər gün mütəmadi olaraq qəbul edilməli olan lazımlı bir qidadır”.
Onu da qeyd edək ki, qırmızı acı bibərin tərkibində bol miqdarda olan “capsaicin” adlı maddənin oynaq iltihabı ağrılarını azaltdığı labaratoriya testləri ilə də sübut olunub.
Xolesterolu Azaldan Badımcan
Badımcan A vitamini və fosfor la zəngin bir bitkidir. Badımcan özünə xas olan bəzi xüsusiyyətlərə malikdir və sinirləri rahatladaraq ürək döyünməsinin qarşısnı alır. Badımcan mədəaltı vəzini, qaraciyər və böyrəkləri qüvvətləndirir, əla sidikqovucu vasitədir. Bədəndəki artıq suyu bədəndən atır, çəki verməyə kömək edir. Xüsusi ilə şəkərli diabet xəstələri badımcan salatından çox fayda görürlər. Badımcan qan azlığı zamanı qanı artırır və ürəyə sakitlik verir. Mütəxəssislərə görə, badımcan, ən sağlam halda küldə və ya ocaqda bişirilib, qabıqları soyulmalı və incə doğranaraq istifadə olunmalıdır.
Badımcan bitkisinin toxumları, meyvə ətinin içinə yerləşmiş vəziyyətdə kiçik, yüngül və parlaq sarımtıraq qəhvəyi rəngdədir. Bir badımcanda, orta hesabla 500-5.000 ədəd toxum vardır. Bəzi badımcan növlərindən mürəbbə də hazırlanmaqdadır.
Qida dəyəri
100qr. təzə badımcanın malik olduğu əsas qida dəyərləri bunlardır:
24 kalori; 1,1 qr zülal; 5,5 qr karbohidrat, 0 xolesterol, 2 qr yağ, 1 qr lif, 37 mqr fosfor, 15 mqr kalsiyum, 1 mqr dəmir, 1 mqr natrium,
15 mqr kalsiyum, 30 IU A vitamini, 0.05 mqr B1 vitamini, 0.04 mqr B2 vitamini, 0.05 mqr B3 vitamini, 0.081 mqr B6 vitamini və
5 mqr C vitamini.
Faydaları
Yuxarıda sayılan qida dəyərləri ilə yanaşı;
Badımcan, damarları yüksək xolesterolun yaratdığı mənfi təsirlərdən qoruyur
Badımcan yedizdirilən heyvanlarda, ələlxüsus mədə xərçənginə çox seyrək rast gəlindiyi müşahidə edilmişdir.
Badımcan istəmədən yaranan əzələ dartılmalarını əngəlləyən maddələr ehtiva edir.
Badımcan ehtiva etdiyi yüksək miqdarda liflə həzimsizliyə xeyirlidir Sağlamlığımıza faydalı olan bu təsirlərindən faydalanmaq üçün badımcanın da pəhrizinizə əlavə edilməsini məsləhət görürük.
Diqqət:
Yetişməmiş badımcanda “solasin” adlı maddə vardır. Bu maddə badımcanı çiy yedikdə, zəhərlənməyə səbəb ola bilər.
Amma, badımcan bişirildikdə bu maddə parçalanaraq yox olur. Həmçinin, çətin həzm olan bir qida olduğundan uşaqlar badımcan yeməyə məcbur edilməməlidirlər
Dolma pomidor salatı
Lazım olanlar
5 ədəd qırmızı sərt pomidor
1 ədəd limon
1 ədəd badımcan
1 ədəd soğan
1 ədəd kahı
1 yemək qaşığı zeytun yağı
Duz, istiot, cəfəri
Hazırlanması
Qabıqlarının rahat soyulması üçün pomidorları bir dəqiqə qaynar suda saxlayaq. Sonra pomidorların baş hissəsini kəsərək içərisini boşaldaq. Badımcanı közləyək, qabığını soyaq və kiçik kiçik doğrayaq. Soğanı və kahını da doğrayaraq badımcana əlavə edək. Bu qarışığa duz, istiot, zeytunyağı və limon suyu əlavə edərək qarışdıraq. Pomidorların içərisini bu qarışıqla dolduraq, baş hissəsini bağlayaq, salat qabına düzək. Bu salat, pomidorların qabığı soyulmadan da hazırlanır.
Tarix: 27.12.2012 / 11:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 667 Bölmə: Saglamliq