Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamaq üzünüzü arıqladır?

Pəhriz saxlamağa başladığımız an daha çox bədənimizdə olan artıq çəkilərin atılmasını istəyirik. Amma üzümüzün arıqlanmasını isə istəmirik. Bu halla qarşılaşdığımız anda isə narahat hissi keçiririk.

Bu vəziyyəti düşünən mütəxəssislər bu problemlə üzləşmək istəməyən xanımlara bir neçə üsul təklif ediblər.

Kilo atarkən üzümüzün daha tez düşməsinə, zəifləməsinə nə səbəb olur?

Üz dərisi daxili və xarici təsirlərdən tez yaşlanır. Üz yaşlanmasını xalq arasında bəzən “üzün çökməsi” də adlandırırlar. Düzgün aparılmayan pəhriz nəticəsində üzdə yaşlanma daha tez baş verir. Belə bir vəziyyətdə isə üz dərisi sallanır, qaş hissəsinin, ağız kənarında sallanmalar olur. Insanın daha incə və sağlam bədənə sahib olmasına baxmayaraq üzü yorğun və yaşlı görünür.

Xüsusilə 35 yaşını keçmiş insanlarda çəki itirmələriylə bağlı üz daha sürətlə qocalır. Sürətli və həddindən artıq çəki itkilərində üzlə bərabər bədənin müxtəlif hissələrində məsələn qol, sinə, diz və bel hissəsində sallanmalar yaranır. Ancaq üz daha çox göz qarşısında olduğu üçün xanımlar üçün də əhəmiyyətli bir hissəsdir.

Pəhriz saxlamağa qərar verirsinizsə pəhriz qaydaları ilə daha dərindən maraqlanın, əks halda istəmədiyiniz görünüşlə rastlaşmalı olacaqsınız.


Tarix: 27.12.2012 / 11:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Saglamliq
loading...