Günümüzdə ekologiya və hava çirkliliyi aktual mövzulardan biridir. Təbiətin mühafizəsindən və dialektikasından bəhs edən ekologiyanı sağlam bir həyat üçün hamı qorumalıdır. Məlumata görə beynəlxalq səviyyədə aparılan bir tədqiqatda bildirilir ki, ekoloji problemlər və hava çirkliliyi ürəkləri zəif olan insanlar üçün təhlükə mənbəyidir. Ekosistemlərlə bərabər, orqanizmlərin və xarici mühit amillərinin qarşılıqlı əlaqələrini öyrənən bu sahə sağlamlıq problemləri baxımından daim diqqət mərkəzindədir. Mütəxəssislərin fikrincə hava çirkliliyi üzündən İngiltərədə il ərzində sağlamlıq problemləri yaşayanların sayı azalmır.
Birləşmiş Krallığın bir çox şəhərində hava çirkliliyinin ABŞ-ın standartlarına cavab vermədiyi bildirilir.
Hökumət 15 bölgədə, hava keyfiyyətinin 2020-ci ilə qədər ABŞ-ın təyin etdiyi standartlara cavab verməyəcəyini etiraf edib.
Məlumatda oda bildirilir ki, böyük ölçüdə yol tüstüsündən qaynaqlanan hava çirkliliyi, insanlarda müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Həmin xəstəliklərdən biri ürək çatışmazlığı və ürək böhranıdır. Ümumiyyətlə infarkt nəticəsində ortaya çıxan ürək çatışmazlığı İngiltərədə ciddi sağlamlıq problemi kimi qiymətləndirilir. Bu baxımdan dövlətlərin bu həssas məsələyə ciddi yanaşmaları olduqca vacibdir. Hava çirkliliyinin qarşısını almaq üçün ilk növbədə "Atmosfer havasının qorunması" haqqında bütün ölkələrin qəbul etdikləri qanunlara ciddi əməl edilməli, havanı çirkləndirən və zəhərləyən istehsal texnologiyaları, prosesləri təkmilləşdirilməli, sanitar-epidemioloji xidmətdən geniş istifadə edilməlidir. Əgər ABŞ kimi bütün dövlətlər qəbul olunmuş beynəlxalq standartlara və tələblərə riayət etsələr ekologiyanı istənilən səviyyədə qorumuş olarlar. Çünki, ekoloji sistemlərdən kənarda təbii sərvət yoxdur. Onlardan səmərəli istifadə etmək dövlətin iqtisadi və sosial maraqları üçün vacibdir.
Tarix: 08.01.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq