Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlamlığa doğru bir addım

1) Pomidor şirəsi orqanizm üçün əvəzedilməz olan likopenlə zəngin olduğu üçün infarktın, hətta xərçəngin bəzi növlərinin qarşısını alır.
2) Buğdanın hətta çox kiçik hissəsi belə, B3 vitamini, yağ, zülal və karbohidratlarla zəngindir ki, bu da sağlam dəriyə sahib olmağa kömək edir. Bundan başqa, bu faydalı taxıl növündə olan B1 vitamini mərkəzi sinir sistemi və beyin üçün faydalıdır.
3) Maqnezium, dəmir, kalsium və liflə zəngin olan badam bəzi xərçəng xəstəliyinin inkişafına mane olur və qanazlığını aradan qaldırır. Badamın tərkibində həm də orqanizmin enerji tələbatını ödəyən riboflavin maddəsi var. 23 ədəd badam ləpəsi E vitamini ehtiyacının yarısını qarşılamaqla yanaşı, zülal qaynağı kimi ürəyin yaxın “dostu” sayılır.
4) Alma[/b] ağciyər xərçəngi hüceyrələrinə öldürücü təsir göstərərək bu dəhşətli xəstəliyin qarşısını alır. Alma xolesterolun səviyyəsini aşağı salan liflərlə zəngindir. Təzə alma C vitamini ehtiyatına malikdir, həmçinin hüceyrələri qoruyan antioksidan rolunu oynayır.
5) [b]Brokoli kalsium, kalium, fol turşusu və lif qaynağı olmaqla bərabər, ürək, diabet və xərçəng xəstəliyi növlərinin qarşısının alınmasına yardımçı olan fitonütrienlərlə də zəngindir.


Tarix: 08.01.2015 / 14:19 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Saglamliq
loading...