Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğunuğunuzu 7 gündə unudun

Yorğun bir həftədən sonra orqanizminiz dincəlməyə ehtiyac hiss edir. Elə isə yorğunluğunuzu aradan qaldırmaq üçün nə etməlisiniz? Bu barədə mütəxəssislər aşağıdakıları məsləhət görürlər:





Bazar ertəsi: Həftənin ilk gününə B vitamini ilə zəngin yeməklərlə başlayın. Bu sizin ehtiyac duyduğunuz enerjini bərpa etməyə imkan verər. Xatırladaq ki, B vitamini daha çox qızıl balıqda, toyuqda, qarğıdalıda, buğdada və lobyada olur.

Çərşənbə axşamı: Həftənin ikinci günü doyunca yatmağa çalışın. Axşam yeməyində makaron, kartof, düyü və ya çörək yeməyi unutmayın. Bu qidalardakı nişasta orqanizmə yavaş-yavaş yayıldığı üçün sizin rahat yatmağınıza kömək edər.

Çərşənbə: Az da olsa qaçın. Təmiz hava almağı da unutmayın. Çünki gün ərzində qapalı mühitdə qalan orqanizm halsızlaşır.

Cümə axşamı: Enerjinizi bərpa etməyə imkan verən yüngül yeməklər yeyin.

Cümə: Şirin şeylərdən uzaq olmağa çalışın. Şirin şeylər qandakı şəkər miqdarını artırır və insana müvəqqəti enerji verir. Lakin qan şəkərinin birdən-birə artması mədəaltı vəzinin daha çox insulin ifraz etməsinə səbəb olur. Bu da hormonal tarazlığın pozulmasına gətirib çıxarır.

Şənbə: C vitamini qəbul etməyə başlayın. Tərkibində maqnezium, dəmir, sink olan qidalar enerjinizin artmasına kömək edər. Xatırladaq ki, sitrus bitkiləri ilə yanaşı qara istiot, kartof və qırmızı istiot da C vitamini ilə zəngindir. Dəmiri taxıl və mərciməkdən, maqneziumu isə yaşıl tərəvəzdən almaq olar.

Bazar: Istirahət günüdür deyə bütün günü yatmayın. Qalxın və əzələlərinizi açmaq üçün təmrinlər edin. Tez yorulsanız, enerji artıran içkilər için...


Tarix: 10.01.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 251 Bölmə: Saglamliq
loading...