Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsnəməyin bu faydalarını bilirdinizmi?

Məlumata görə "Psixologiya və Davranış jurnalı" beyin istiliyi və zehni məhsuldarlıq ilə əlaqədar məqalə işıqlandırıb.
Məqalədə yuxu nizamsızlığı və stressin beyin istiliyinə səbəb olduğu, əsnəməyin isə buna kömək etdiyi bildirilir.
Bildiyimiz kimi, insanlar darıxanda və ya yorulanda, yatmaq istəyəndə, orqanizm gərginlik halından dincəlmə halına keçdikdə əsnəmə halları olur.
Alimlər sübut ediblər ki, çox əsnəyən insanların üz qırışları da az olur. Qavrama qabiliyyəti güclənir, dəri hüceyrələri daha çox oksigen qəbul edir.
Bundan başqa əsnəmək qan təzyiqinin normallaşmasına, əsəb gərginliyinin aradan qalxmasına və yaranan ağrıların azalmasına təsir göstərir.
Həmçinin beyin istiliyini tarazlıqda saxlamaqla hüceyrə mübadiləsinə yardım edir, qanda olan oksigen miqdarını artırır.
Bu baxımdan insanlar, oksigen almaq və bədənində olan karbon qazını boşaltmaq üçün daha çox əsnəməyə başlayır.


Tarix: 08.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Saglamliq
loading...