Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu vərdişlər sayəsində 100 yaşına qədər yaşayın

Sağlam və uzun yaşamaq üçün, sağlam vərdişlər əldə edin ki, 100 il yaşayın inşallah.

Sağlamlığınızı inkişaf etdirən yeni və sağlam vərdişlər…

Vərdişlərinizi və həyat stilinizdə bir neçə dəyişiklik edərək, 100 yaşına qədər sağlam və xoşbəxt yaşamaq öz əlinizdədir!

Sağlamlığınızı inkişaf etdirən yeni və sağlam vərdişlər

Gündə 5 dəfə az-az yeyin
Gündə 5 dəfə kiçik boşqablarda yemək yeyin. Bədəninizin qan şəkərini, enerjisini və ehtiyacı olan qidaları almış olarsınız. Az yeyərək, infarkt risklərini və həzm problemi kimi metabolik xəstəliklərin qarşısını ala bilərsiniz.

Liftdən istifadə etmək yerinə pilləkənlə çıxın
Pilləkənlə çıxmaq məşq etmənizi təmin edər, immunitet sisteminizi gücləndirər, hərəkətlilik qazandırar və enerjili olmanızı təmin edər. Gün boyunca hərəkət etmənizi təmin edəcək gəzmək, qaçmaq, velosipedə minmək kimi məşq fürsətlərini qaçırmayın.

Qəhqəhə çəkin
Gülmək endorfin səviyyəsinin yüksəlməsini təmin edərək özünüzü yaxşı hiss etmənizi təmin edir, immunitet sistemini gücləndirir, hüceyrələrin ömrünü uzadır. Kefli insanların daha uzun yaşadığı mübahisə olunmazdır.

Hər gün 8 stəkan su için
Su bədəninizin funksiyalarının işini yaxşı, uzun və sağlam yaşamanızı təmin edər. Təbii su qaynaqları şəhərlərdən nə qədər uzaq olsa ətraf çirkliliyinə səbəb olan kimyəvi maddələr və zəhərli deyil. Su plastik qablarda olmamalıdır çünki plastikdə olan polychlorinated biphenyls (PCBs) suya qarışa bilər.

Meditasyayla rahatlayın
Stress həyatınızı qısalda bilər. Bu səbəbdən sizi rahatlaşdıran, stressinizi tarazlamağınızı və idarə etmənizi təmin edən texnikalardan faydalanın. Arabir dərin nəfəs alıb verin, bu bədəninizdəki zərərli toksinlərdən təmizlənmənizə köməkçi ola bilər. Düşüncələriniz nə qədər rahatlasa, stress hormonlarınız azalar, öz özünüzü idarə etməyi öyrənər və daha uzun hədəflərə fokuslana bilərsiniz.

Sizi rahatlaşdıracaq təklif:
Rahat bir kürsüyə ya da yerə oturun. Nəfəs alın və gözlərin bağlanın. Bir müddət tərpənmədən gözləyin. Özünüzü bir şarda, səmaya doğru yüksəlib itərkən xəyal edin. Yorğun düşüncələrinizdən uzaqlaşana qədər davam edin. Qısa bir müddət sonra bədəninizin yüngülləşdiyini hiss edəcəksiniz və düşüncələrinizdə yüngülləşəcək. İlk sınaqlarınızda çətinlik çəkə bilərsiniz ancaq zamanla daha asan və daha sürətli edəcəksiniz.


Tarix: 27.12.2012 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Saglamliq
loading...