Ev şəraitində dişləri müxtəlif üsullarla ağartmaq olar.
Məsələn:
Ağcaqayın ağacının odununu yandırın və dişlərinizi onun külü ilə təmizləyin. Dişləriniz bəyazlığı ilə hamını valeh edəcək.
Diş məcununa limonun efir yağından 1 damcı əlavə edin. Bəyaz dişlərlə yanaşı ağzınızdan gözəl qoxu gələcək.
1 stəkan suda 1 ədəd hidrogen peroksid tabletini həll edin və ağzınızı yaxalayın. Yaxşı effekt əldə etmək üçün bu proseduru hər gün təkrarlamağınız məsləhətdir.
Bir neçə ədəd aktivləşdirilmiş ağaç kömürü tabletini əzin və alınmış məhlul ilə dişlərinizi təmizləyin. Dişiniz tam bəyaz olmasa da rəngi bir neçə ton açıq olacaq.
Dişlərin xalq təbabəti ilə ağardılması bir qədər riskli işdir. Bu zaman dişlərinizin hidrogenə, yağa və ya kömürə necə reaksiya verəcəyi məlum deyil və siz bəyaz dişlər əldə etməklə yanaşı diş emalınızı zədələyə bilərsiniz. Buna görə də bu kimi prosedurlardan istifadə etməmişdən qabaq stomatoloqunuzla məsləhət etməniz yaxşı olardı.
Tarix: 26.12.2012 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 309 Bölmə: Saglamliq