Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payız mövsümü yuxunuzu poza bilər!

Mövsüm dəyişkənliyi, xüsusilə də payız… Havanın dəyişməsi, temperaturun aşağı düşməsi insanların yuxusuna mənfi təsir göstərə bilər. Yaxşı yuxu üçün diqqət yetirməyiniz lazım olan bəzi məqamlar var.

Uzun və isti yay günlərini yavaş-yavaş yağışlı və qısa payız günləri əvəz etməyə başlayıb. Bu mövsümün gəlməsiylə orqanizmdə bəzi dəyişikliklər də meydana gəlir. Ən böyük dəyişikliklərdən biri də yuxu probleminin ortaya çıxmasıdır.

Vücudumuzda yatmaq vaxtını və yuxudan oyanmaq zamanını təyin edən bir sistem var. Bu sistemin ən önəmli hissələrindən biri beynimizdə olan günəş şüalarının da tez təsir edəcəyi yerdir. Payız mövsümünün də gəlişiylə günəş şüası azalır və yuxu problemləri baş qaldırır.

Həddindən artıq yuxusuzluğa səbəb isə bəzi xəstəliklər ola bilər. Məsələn, revmatizm, depressiya və s.

Yuxusuzluq promlemini yaşayırsınızsa diqqətli olun:
Yuxunu nizama salmaq üçün hər gün eyni vaxtda yatın, təxminən gün ərzində 7-9 saat.
Xoruldamaq kimi bir probleminiz varsa, bu həm də evin digər insanları üçün də xoşagəlməz və narahatlıq yaradan bir məqamdır. Bundan əziyyət çəkinirsinizsə həkimə müraciət edib, müalicə götürə bilərsiniz.
Payızda allergiya və qrip xəstəlikləri çoxalır. Bu xəstəliklər isə gecələr tənəffüsü pozaraq yuxuya mane olur. Bu səbəbdən də səhhətinizin qeydinə qalaraq müalicə oluna bilərsiniz.


Tarix: 26.12.2012 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 299 Bölmə: Saglamliq
loading...