Tütün çəkmək: İnsanların özlərini könüllü şəkildə zəhərləmələri hələ qədim dövrlərdən bir çox xalqlar arasında yayılaraq möhkəmlənmiş, adət şəklini almışdır.
Növündən və hazırlanmasından asılı olaraq tütünün tərkibində aşağıda qeyd olunan maddələr var:
1-4% nikotin;
2-20% sulu karbonlar;
5-17% üzvi turşular;
0.1-0.7% efir yağları;
1-13% zülal.
Tütün yandıqda onun tüstüsü orqanizmə təsir edir. Tütünün tüstüsündə 2 minə yaxın müxtəlif maddələr tapılmışdır ki, onlardan təqribən yüzü orqanizmə çox pis təsir edir. Nikotin qan damarlarında spazm (daralma) əmələ gətirərək çox ciddi xəstəliklər yaranmasına səbəb olur, əsasən də hələdə çarəsi tapılmayan Xərçəng xəstəliyinin yaranmasına təkan verir. Alimlərin hesablamalarına görə çəkilən hər bir ədəd papiros insan ömrünü 15 dəqiqə qısaldır.
Bildiyimiz kimi, cəmiyyətdə siqaret çəkən qadınların sayı günü-gündən çoxalmaqdadır. Papiros çəkən qadınlar tez solur, üzün cizgiləri kobudlaşır, dəri xoşa gəlməyən bozumtul rəng alır, səsi boğuq olur, dişləri saralır. Bu zərərli adət hamilə qadınlar üçün xüsusilə təhlükəlidir. Əgər qadın hamilə vaxtı siqaret çəkirsə uşaq öz normal çəkisindən az doğulur, belə uşaqlar həyatda tez-tez müxtəlif xəstəliklər keçirirlər.
Bu zərərli adəti necə tərgitmək olar?
Ən yaxşı nəticə verən üsul papiros çəkənin öz iradəsinə arxayın olaraq: “mən bu andan siqaret çəkmirəm” deməsidir. Bu işdə ona yaxınları da kömək etsə daha effektli olar. Belə şəxslər yalnız özlərini deyil, həm də ailəsini, uşaqlarını düşünməlidirlər.
Əziz xanımlar! Gəlin sağlamlığımızın, ailəmizin, gözəlliyimizin qayğısına qalaq!
Tarix: 27.12.2012 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Saglamliq