Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklərdən yaxa qurtarmaq və ya ən azından profilaktik tədbir görmək olar. Bu üsuldan bir sıra xəstəliklərdə istifadə olunur. Böyüklərlə yanaşı, uşaq orqanizminin masajı da çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipinə təsir edir. Çünki məlumdur ki, orqanizmdə 400-dən çox əzələ mövcuddur və onların hər birinin damar və sinir təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj proseduraları mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyyət Universitetinin alimləri gəlmişlər. Onlar müəyyən etmişlər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidirlər. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Bu barədə mütəxəssislər əminliklə qeyd etmişlər. Tədqiqatın müəllifləri apardıqları işlər barədə açıqlamalarına onu da əlavə etmişdir ki, boyun nahiyəsinin masajı zamanı əldə olunan effekt lazımi dərman preparatlarının verdiyi effektə bərabərdir. Masaj növlərinin içərisində ən təsirli akva-masajın olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, üzgüçülük bir çox ağır xəstəliklərin dərmanıdır.
Hər zaman söylədiyimiz kimi, yenə də xüsusi olaraq qeyd edirik ki, imkan daxilində təbii üsullara üstünlük verməyə, dərman preparatlarından yayınmağa çalışın. Çünki hər bir dərman zəhərdir. Hər hansı bir orqana xeyri varsa, digər bir orqana da zərəri var.
Tarix: 10.01.2013 / 13:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Saglamliq