Meyvə diyetasına aid reseptlər çoxdur. Bəziləri yalnız meyvələrlə qidalanmağı, digərləri diyetaya başqa inqrediyentlər də əlavə etməyi təklif edir. Seçim sizin ixtiyarınızdadır. Ayselin təqdim etdiyi diyetaların hər biri 3 gün ərzində 5 kq çəki azaltmağa imkan verir.
Arıqlamaq Üçün Meyvə Diyetası
Meyvə diyetasının xeyli «sərt» variantıdır. Mədəsində problemlər (yüksək turşuluq, xora) olanlara ehtiyatlı olmaq məsləhətdir, çünki diyetaya təzə çəkilmiş meyvə şirəsi daxildir. Belə diyeta ayda bir dəfə tövsiyə olunur.
1-ci gün – səhər istənilən meyvə yemək, bir stəkan təzə çəkilmiş meyvə şirəsi içmək. Naharda meyvə salatı yemək, bir stəkan su içmək. Şam zamanı meyvə salatı yemək, bir stəkan təzə çəkilmiş meyvə şirəsi içmək.
2-ci gün – səhər bir boşqab istənilən meyvə yemək, bir stəkan su içmək. Naharda meyvə salatı yemək, bir stəkan su içmək. Şam zamanı bir boşqab suda bişmiş tərəvəz, istenilən iki meyvə yemək.
3-cü gün — səhər bir boşqab istənilən meyvə yemək, bir stəkan təzə çəkilmiş meyvə şirəsi içmək. Naharda meyvə salatı yemək, bir stəkan su içmək. Şam zamanı tərəvəz şorbası yemək.
Sürətli Meyvə Diyetası
Bu, sadə resept deyil – 6 gün ərzində 9 kq istənilən meyvə (zövqə görə seçilir, amma yaxşı olar ki, müxtəlif meyvələr olsun) yeyilir. Bununla belə, gündəlik 500 ml-dən çox maye qəbul etmək olmaz. Bu diyeta üzrə meyvələrin qəbul edilməsi sxemi belədir:
1-ci və 6-cı gün — 1 kq meyvə
2-ci və 5-ci gün – 1,5 kq meyvə
3-cü və 4-cü gün – 2 kq meyvə
Bu diyetaya ildə bir dəfə müraciət edilir.
Zülal-Meyvə Diyetası
Səhər mədəni yumaq, artıq şlaklar-dan xaric etmək məqsədilə acqarına bir stəkan su içirlər – bu, bir çox diyetalar üçün əsas şərtdir.
Səhər – gün ərzində bağırsaqların yaxşı işləməsi üçün mütləq möhkəm qidalanmalı.
Naharda – suda bişirilmiş 200 q yağsız ət (dovşan, toyuq, mal əti), gün ərzində (yüksəkkalorili banan və şirin üzüm istisna olmaqla) meyvələr yeməli.
Saat 18.00-dan sonra yemək olmaz, mədənin təmizlənməsi üçün çox su içməli.
Diyeta 3-5 gün davam edir.
Sadə Meyvə Diyetası
Tövsiyə olunan məhsullar: yağsız ət, suda bişirilmiş müxtəlif yarmalar. Diyeta bir həftə davam edir, bu müddətdə 7 kq çəki azaltmaq olar. Sutkada 1,5-2 litr maye qəbul edin. Yuxanda qeyd olunan məhsullar çərçivəsində təxmini gündəlik diyeta:
Səhər – limon (alma, armud, şaftalı) şirəsi qatılmış meyvəli salat.
Nahar – tərəvəzlərlə birlikdə bişirilmiş bir parça yağsız et, yaxud bir boşqab tərəvəzli düyü.
Şam – ananas, kivi, manqo – salat.
Meyvə-Süd Diyetası
Bu, həm də kəsmik-meyvə diyetası adı ilə tanınır. Bir həftə davam edir və orqanizmə müsbət təsir göstərir.
Səhər qəndsiz çay içmək, 3 saat sonra — 200 q yağsız kəsmik.
3 saat sonra — 200 q istənilən meyvə
3 saat sonra – 300 q yağsız kefir
2 saat sonra – 200 q istənilən meyvə yemək lazımdır.
Gün ərzində 1,5 litr maye qəbul edilir.
Populyar Alma Diyetası
Müxtəlif qadın forumlarında meyvə diyetalarına aid səsləndirilən rəylərə əsasən demək olar ki, bu, ən populyar meyvə diyetasıdır. Alma diyetası aşağıdakı qaydada həyata keçirilir.
1-ci həftə – səhər yeməyini almalarla əvəz etmək və bir həftə bunlarla qidalanmaq lazımdır.
2-ci həftə – nahar və şam yeməyini almalarla əvəz etmək, ikinci naharda tərə-vəz şorbası yemək və bir həftə bunlarla qidalanmaq lazımdır.
3-cü və 4-cü həftə – ancaq almalarla qidalanmaq lazımdır. Bal qatılmış su və ya otlarla çay içmək də olar. 5-ci və 6-cı həftə – yalnız səhərlər alma yemək, adi nahar və şam yeməyinə qayıtmaq lazmıdır.
Tarix: 26.12.2012 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 650 Bölmə: Saglamliq