Bir halda ki, təmizləmə prosedurların əksər hissəsi həzm cihazına aiddir, onun quruluşu və fəaliyyəti haqqında məlumat vermək zəruridir. Qəbul edilən qida həmin anda bədən tərəfindən mənimsənilmir. Qida bir sıra mərhələlərdən keçir. Min illər bundan əvvəl Veda dövrünün Rişilərə (mütəfəkkir, nəbi) bu mərhələlər bəlli idi. “Qəbul edilmiş qida üç hissəyə bölünür. Onun kobud hissəsindən nəcis, orta hissəsindən ət, narın hissəsindən isə şüur əmələ gəlir. İçilmiş su da üç hissəyə bölünür. Onun kobud hissəsindən sidik, orta hissəsindən qan, narın hissəsindən isə tənəffüs əmələ gəlir” (Qheranda samhita).
Həzm prosesi qidanın ağızda çeynənilməsi və qidanın tüpürcəklə yaş edilməsindən başlayır. Tüpürcəyin miqdarı qidanın dadından və növündən, həm də əvvəlki qida qəbulundan sonra keçmiş vaxt müddətindən asılıdır. Orta hesabla, gündə təxminən 2 litr tüpürcək əmələ gəlir. Tüpürcəyin fermentləri qidanı polisaxaridlərə (maltozaya) və monosaxaridlərə parçalayır. Bu səbəbdən nişasta tərkibli qidanı çox çeynəyəndə, o şirin dad verir. Həmçinin, tüpürcəyin tərkibində karbondioksid duzu var. Bu duz mədədə olan turşunu neytrallaşdırır və qidanı çox çeynəməklə qıcqırmanı aradan qaldırmağa mümkün olur.
Çeynənilmiş qida udlaqdan və qida borusundan keçdikdən sonra ritmik və dalğavarı hərəkət (peristaltika) edərək mədəyə itələnir. Mədənin girəcəyində yerləşən sfinkter qidanın yalnız mədənin daxilinə keçməyə imkan verir. Mədədə qida (əsasən, zülallar və piylər) müxtəlif fermentlər (pepsin) və xlorid turşusunun təsiri altında kimyəvi çevrilmələrə məruz qalır. Həzmedici maddələr tüpürcəyin fəaliyyətini dayandırır.
Boş mədə təxminən iki birləşmiş ovuc ölçüsündədir. Onun divarlarının qalınlığı həzm cihazının digər hissələrindən artıqdır, çünki mədənin divarlarında qida maddələrinin parçalanmasında iştirak edən həzm şirəsini ifraz edən milyonlarla vəzi var. Lakin mədə və bağırsaq fermentlərinin təsiri daha güclü olduğundan və parçalanmış maddələrin artıq hərəkət etmədən bağırsaqlardan qana daha tez keçdiyindən divaryanı həzm daha fəal hesab olunur. Ona görə də, artıq qida ilə dartılmamış kiçik ölçülü mədə qida maddələrini daha tez və tam şəkildə həzm edir. Buradan belə nəticə çıxarmaq olar ki, əgər mədənin divarları ərp və ya həzm olunmamış qida qabığı ilə örtülübsə, onda həzm maddələrinin mənimsənilməsi və bədəndə enerjinin əmələ gəlməsi çox zəifdir.
Qaraciyər (yoqların fikrincə) bədəndə öd ifraz edən ən böyük vəzidir. Öd mədə şirəsinin təsirini dayandırır və mədə həzmini bağırsaq həzminə çevirir. Bağırsaq həzmində öd, mədəaltı vəzinin fermentləri və bağırsaq şirəsi (selikli qişanın vəziləri) ən fəal iştirak edir. Həzm prosesi yoğun bağırsaqda bitir, oradakı karbohidratlar qıcqırır, zülallar isə çürümə prosesinə (bakteriyaların təsiri altında) məruz qalır. Həzm zamanı əmələ gələn zərərli maddələr qana sorulur və qaraciyərin təsiri altında zərərsizləşdirilir.
Beləliklə, həzm mürəkkəb və özünütənzim edən bir prosesdir. Bu prosesdə müxtəlif orqanlar, toxumalar, lazımi qədər ferment ifraz edən on milyonlarla vəzilər iştirak edir. Müasir zamanda həzm cihazı qüvvətli hormonal sistem kimi qəbul edilir və onun əmələ gətirdiyi hormonların həcmi, demək olar ki, bütöv endokrin sisteminə bərabərdir. Bunu da bilmək lazımdır ki, həzm prosesi zamanı ayrılan enerjinin böyük bir hissəsi hormonların və fermentlərin sintezinə sərf olunur. Buna görə də, bu sistemin fəaliyyəti pozulanda orqanizmin öz funksiyalarının icra edilməsində pozuntular baş verir və, nəticədə, bütün bunlar insanın şüuruna böyük təsir göstərir. Və, əksinə, insan orqanizminin özünüidarə təbii funksiyalarının bərpa edilməsi sağlamlığa və şüurlu həyata gətirib çıxarır.
Tarix: 27.12.2012 / 18:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Saglamliq