Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğunluğun qarşısını necə almaq olar?

Yorğunluq — kərkin və ya uzunmüddətli iş nəticəsində orqanizmdə fizioloji proseslərin gedişinin pozulması ilə yaranan vəziyyətdir.

Yorğunluq iş qabiliyyətinin azalmasına səbəb olur. Çox ağır fiziki yorğunluq zehni fəaliyyəti də azaldır və əksinə, zehni gərginlikdən sonra fiziki fəaliyyət tələb edən işin yerinə yetirilməsi qabiliyyəti də aşağı düşür.

Yorğunluğun subyektiv təzahürləri əzələlərdə ağrı, ümumi zəiflik, öz işini yerinə yetirmək istəyinin olmaması və hətta insanın davranışında əmələ kələn müəyyən dəyişikliklər — əsəbilik, məyusluq və ya süstlük kimi əlamətlərdir. Bu dəyişikliklər fiziki və ya zehni əməyin hansı gərginliklə yerinə yetirilməsindən asılıdır.

Uzun müddət yerinə yetirilən orta dərəcədə kərkin işin yorğunluğu bir qədər istirahətdən sonra keçib-gedir və adamın sağlamlığına heç bir zərər gətirmir.

Çox kərkin fiziki və ya zehni işdən sonra isə ağır yorğunluq hiss olunur. Belə yorğunluq adamı tamam üzə bilər. Bu cür vəziyyət çox vaxt işin pis təşkili nəticə-sində yaranır.

Ağır və hətta orta dərəcəli yorğunluqdan sonra kifayət qədər istirahət etmədikdə, bu yığılır və ifrat yorğunluğa keçir. İfrat yorğunluqda xəstə halın bütün əlamətləri olur və müxtəlif cür təzahür etdiyindən diaqnoz qoymaq çətinləşir.

İfrat yorğunluğun ən çox təzahür edən simptomları — daim özünü pis hiss etmək, süstlük, zahiri görkəmin «pis» olması, hər bir yüngül fiziki, ya zehni əməkdən sonra tez yorulmaq, iştahanın olmaması, yuxunun pozulması və s. kimi əlamətlərdir.

İfrat yorğunluq xroniki xəstəlikləri şiddətləndirir və həmçinin orqanizmin xəstəlik törədicilərə qarşı müqavimətini azaldır. Xüsusən orqanizmdə fizioloji proseslərin pozulması daha təhlükəlidir. Belə olduqda bəzən istirahət də lazımi səmərəni vermir və bu, əsəbi-psixi yorğunluğa səbəb olur. Yalnız uzunmüddətli, lazımi səviyyədə təşkil edilmiş istirahət orqanizmin yenidən əsəbi-psixi tarazlığa qayıtmasına şərait yaradır.

Yorğunluğun bir forması da usanmadır. Bu çox vaxt maraqsız iş nəticəsində baş verir. Usanmanı ağırlaşdıran bir şərt də əməyin evdə və işdə pis təşkilidir.

İş yerinin düzgün təşkili, əmək alətlərinin və materialların səliqəli yerləşdirilməsi vaxtımıza qənaət etməyə və işimizi yüngülləşdirməyə imkan verir, bunun da nəticəsində zehni və fiziki gərginlik azalır. Öz işimizi düzgün planlaşdırmaq və vaxta görə bölmək də çox mühüm şərtdir.

İş paltarının seçilməsi də böyük əhəmiyyət daşıyır. O rahat olmalı, hərəkətləri məhdudlaşdırmamalı, dar olmamalıdır. Dar paltar əl və ayaqlara qanın getməsini pisləşdirir. Ayaqqabı həm ayağa, həm də görülən işə uyğun olmalıdır. Bu, ələlxüsus həmişə ayaqüstü iş-də işləyəndə, ya da müxtəlif iş dalınca ayaqla gəzmək lazım gəldikdə vacibdir.

İş yerinin yaxşı işıqlandırılması, işığın kifayət qədər olması, çox parlaq, közü qamaşdıran olmaması yorğunluğun əmələ gəlməməsində mühüm rol oynayır. Böyük otaqlarda işləyənlər üçün işıq yayılan, diqqət tələb edən işlərdə isə gur olmalı, ancaq gözləri qamaşdırmamalıdır.

İş vaxtı bədənin düzgün vəziyyəti də görülən işin keyfiyyətinə və dəqiqliyinə təsir edir, bu da öz növbəsində, yorğunluğun dərəcəsini təyin edir.

Ən çox yorğunluq yaradan vəziyyət—ayaq üstə işləməkdir. Bu çox vaxt ayaqların şişməsinə, damarların genişlənməsinə, yastı ayaqlıq və s. kimi xoşagəlməz halların inkişafına səbəb olur. Odur ki, ayaq üstə işləyən qadınlar gah bir, gah da o biri ayağının əzələlərini boşaltmaq vərdişini mənimsəməlidirlər. Bunu belə edirlər: bədənin ağırlığı bir ayağın üstünə keçir, o biri ayaq isə bu vaxt dizdən azca bükülür. Bir neçə saniyədən sonra ayaqların vəziyyəti dəyişdirilir.

Oturmuş halda bədənin düzgün vəziyyəti

Oturaq işdə işləyənlərin də bəzi səriştələri olmalıdır. Qabağa çox əyildikdə başı və bədəni müəyyən vəziyyətdə saxlamaq üçün əlavə qüvvə tələb olunur. Bu da kürək və boyun əzələlərinin həddən artıq gərginliyi nəticəsində adamı yora bilər.

Kürək və boyun əzələlərinin ən az gərginləşməsi bədənin azca qabağa əyilməsi, kürəyin isə bir qədər qabarması zamanı müşahidə olunur.

Kürsü və stullar aşağıdakı tələblərə cavab verməlidir:
kürsünün quruluşu elə olmalıdır ki, bədənin çəkisinin çox hissəsi onun üstündə yerləşsin;
kürsü, stul və ya kətilin hündürlüyü nizamlanan olmalıdır;
stulun oturacağı qabaq tərəfdən azacıq içəri əyilmiş olmalıdır ki, budlara. batıb ayaqların qan dövranına mane olmasın.

Yorğunluğun əmələ kəlməsinə səbəb olan bir amil də— səs-küydür. 40 desibel gücündə (lehimləmə lampasının küyü qədər) olan səs-küy artıq əsəbiliyi yaranmasına səbəb olur. Səs-küylü işlərdə isə (80 desibeldən yüksək) xüsusi səs keçirməyən qulaqlıqlardan istifadə etmək lazımdır.

Qeyd etmək lazımdır ki, bəzən oyadıcı maddələrlə fiziki və zehni iş qabiliyyətini süni surətdə artırmağa alışırlar. Lakin bu çox zərərli vərdişdir. Yorğunluq zamanı bu cür maddələrdən uzun müddət istifadə etmək tamam üzülmə ilə nəticələnə bilər. Sinir sistemini oyadan ən çox işlənən maddə qara qəhvədir, bunun təsirini isə bəziləri çox vaxt siqaretlə gücləndirməyə çalışırlar. Nəticədə belə adamlar çox əsəbi olur, yorğunluqları isə get-gedə artır.

Bundansa çox yorulduqda meyvə şirəsi, ya da südlü-meyvəli içki içmək, ifrat yorğunluqda isə vitaminlər və ümumi qüvvətləndirici dərmanlar (ancaq həkimin göstərişi ilə) qəbul etmək daha yaxşı təsir göstərir. Bunlar fiziki və zehni yorğunluq nəticəsində əmələ kələn orqanizmin normal fəaliyyəti üçün lazım olan elementlərin çatışmazlığını aradan qaldırır.

Orta dərəcəli yorğunluqda kifayət qədər istirahət etdikdə orqanizmdə böyük dəyişikliklər əmələ gəlmir. İfrat yorğunluq ancaq düzgün əmək və istirahət rejiminin pozulması zamanı baş verir. Buna isə yol vermək olmaz, ona görə ki, ağır yorğunluq hətta məzuniyyət zamanı da keçib getmir. Belə hallarda həkimə müraciət etmək və xüsusi müalicə kursu keçmək lazımdır.

Sağlamlığın və yorulmamağın labüd şərti — istirahətin düzgün təşkilidir. Asudə vaxtı açıq havada, yəni parkda, meşədə keçirdikdə, turizmlə, idmanla məşğul olduqda qüvvə bərpa olunur, orqanizmin yorğunluğa qarşı müqaviməti artır. Vacibi odur ki, hər kəs özünə xoş gələn və onun fiziki imkanlarına cavab verən idman növü ilə məşğul olsun. hamıya uyğun kələn ən yaxşı fiziki iş — gəzintidir. Bununla 2 yaşından ta… 100 yaşınadək hamı məşğul ola bilər.

İstirahət aktiv və passiv olur. Passiv istirahət zamanı adam heç bir işlə məşğul olmur. Aktiv istirahət zamanı isə gəzintiyə, səfərə çıxır, idmanla məşğul olur, ya da, heç olmasa, məşğuliyyətini dəyişir. həm fiziki, həm də zehni əməkdən sonra bərk yorulduqda əvvəl passiv istirahət etmək və ancaq bundan sonra aktiv istirahətə keçmək lazımdır. orta yorğunluq isə aktiv istirahətlə keçir.

Aktiv istirahət qabiliyyətini hər kəs özündə tərbiyə etməlidir. Bu, adamın vərdişinə çevrilməlidir.

İş zamanı yorğunluq əlamətləri hiss olunduqda ən vacibi qısa istirahət etməkdir. hərdən gərginliyi aradan qaldırmaq üçün pəncərəni açmaq, bir neçə dəfə dərindən nəfəs almaq və vəziyyəti dəyişmək kifayət edir. Bu, həm yeknəsəq işlərə, həm də böyük diqqət tələb edən zehni işlərə aiddir. Elmi tədqiqatlar göstərmişdir ki, bu cür istirahət əmək məhsuldarlığına müsbət təsir göstərir.

Zehni əmək adamlarında yorğunluq, ən əvvəl, mərkəzi sinir sisteminə təsir göstərir. Əyilmiş vəziyyətdə uzun müddət oturmaqdan boyun və kürəyin gərginləşmiş əzələləri ağrıyır, qan dövranı pisləşdiyindən ayaqlar şişir.

İşi dəyişməyin özü də əsəb gərginliyinin qarşısını alır. Belə ki, kərkin zehni əməkdən sonra sakit vəziyyətdə oxumaq, radioya qulaq asmaq, krossvord üzərində işləmək və s. çox faydalıdır. Fiziki gərginliyi bir neçə dəfə dərindən nəfəs almaqla, əlin-qolun əzələlərini boşaldan hərəkətlər etməklə aradan qaldırmaq olar.

Ayaqlar şişdikdə 15 dəqiqə uzanıb ayaqları başın səviyyəsindən bir qədər yuxarı qaldırmaq lazımdır. Pəncədən baldırlara qədər edilən masaj da qan axınına kömək edir. Belə istirahət ayaq üstə işləyənlər. üçün daha vacibdir. Belə adamlar azı yarım saat bu vəziyyətdə uzanmalıdırlar.

İş növünük dəyişdirilməsi də, ələlxüsus gərginlik Su vaxta qədər hərəkətdə olmayan əzələlərin üzərinə düşdükdə, bir növ, istirahətdir.


Tarix: 27.12.2012 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 633 Bölmə: Saglamliq
loading...