Bəlkə də hər birimiz yüz dəfələrə özümüzə söz veririk ki, daha gecələr yemək yeməyəcəyik. Amma mədədən beyinə “acmışam” siqnalıgedəndə artıq heç nəyə fikir vermədən soyuducuya hücum eləyirik. Yeyib doyandan sonra isə güzgünün qabağına keçəndə isə bizi dəhşətli təəssuf hissi bürüyür. Hamıya kifayət qədər yaxından tanış olan bir situasiyadır.
Xüsusən də gecə saatlarında artan iştahın qarşısını almaq üçün bir neçə sadə məsləhətə əməl etmək kifayət edər.
1. Mədənizi maye ilə aldadın – bir stəkan yaşıl çay, tomat (pomidor) şirəsi və ya limonlu su için. Təbii ki qazsız. Maye sizin boş mədənizi dolduracaq və bununla da aclıq hissi aradan qalxmış olacaq.
2. İsti vanna qəbul edin – iştahı azaldır, rahatlıq gətirir. Vanna qəbulu nəticəsində güclənən tər ifrazı isə öz növbəsində orqanizmdən artiq mayenin kənarlaşmasına kömək edir.
3. Idman edin – əgər aclıq güc gəlibsə yüngül idman hərəkətləri edin. Fiziki hərəktlər sizin fikrinizi mətbəxə keçib dadlı bişmişləri yeməkdən yayındıracaq. Bundan başqa, kiçik gimnastikadan dərhal sonra iştah azalır. Amma həddən artıq idmana aludə olmaq da lazım deyil, bu sizin yuxunuzu qaçıra bilər.
4. Aromaterapiya seansı təşkil edin – növbədənkənar aclıq siqnalı sizi qəfil yaxalayanda ətirlər köməyinizə gələ bilər. Qreypfrut qabığını qoxlayın, xoş ətirli xüsusi şamlar yandırın və ya hər hansı aromatik yağ/ ətir şüşəsini burnunuza yaxınlaşdırın. Beyinin iybilmə və aclıq mərkəzləri bir-birinə yaxın yerləşdiyindən xoş ətir müəyyən müddətə aclığı “unutmağa” sizə kömək edəcək.
5. Yüngül desert – şam yeməyindən dərhal sonra yüngül desert yeyin. Bu meyvə, yağsız yoqurt(süd məhsulları) və ya acı şokolad ola bilər. Bu, sizin əhvalınızı qaldıracaq və gecəyə doğru iştahanızla mübarizə aparmağa kömək edəcək.
6. Ədviyyatlar- şam yeməyinizə heç vaxt ədviyyatlar əlavə etməyin. Bu iştahı artırır, hətta yeməkdən sonra da aclıq hissini gücləndirir.
7. Yüksək kalorili məhsullar – çalışın ki, onlar göz qabağında olmasın. Yaxşı olar ki əlçatan yerdə meyvə və tərəvəzləri yerləşdirəsiniz. Əgər aclıq qalib gələrsə, onların dadına baxmaq o qədər də qorxulu deyil.
8. Gəzinti – yuxudan öncə özünüz üçün kiçik gəzinti təşkil edin. Bir məqamı da nəzərə alın ki, təmiz hava, əksinə, iştahı artıra bilər. Ona görə də gəzinti üçün elə vaxt seçin ki, qayıdından sonra dərhal yatağa gedəsiniz.
9. Saqqız çeynəyin – yaxşı olar ki, şəkərsiz və meyvəli olsun. Çeynəmə refleksi və meyvə dadı iştahınızı aldatmağa kömək edəcək.
10. Dişlərinizi təmizləyin – bu zaman artıq şərti refleks özünü göstərir: dişləri yuyandan sonra biz avtomatik yemək yemirik.
11. Güzgünü qarşısına keçin – bütün təxəyyülünüzü işə salaraq özünüzü dünyanın ən gözəl, cazibədar, qamətli qadını təsəvvur edin. Məgər bu cür möhtəşəm xanım gecə vaxtı yemək yeyərmi???
12. Moda jurnallarına baxın – əgər təxəyyülünüz tənbəllik edib arzuladığınız obrazı yaratmırsa əl altında olan dəb jurnallarına baxın. Supergörünüşlü fotomodellərdən sonra yəqin ki iştahınız da sizdən küsəcək.
Tarix: 28.12.2012 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 354 Bölmə: Saglamliq