Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik mütaliə yaddaşı möhkəmləndirir

İndi çoxları yaddaşsızlıqdan şikayətlənir. Bəs necə etmək olar ki, yaddaşı möhkəmləndirəsən, yaxud onu itirməyəsən?
Gündəlik həyatda yaddaşı gücləndirmək üçün hansı qaydaları bilmək lazımdır? Bu qaydaları tətbiq etməklə güclü yaddaşa sahib olmaq mümkündürmü?
Mütəxəssislərin fikrincə, hə! Çox vaxt güclü yaddaş üçün mürəkkəb tapşırıqlar seçilir. Bu tapşırıqlar isə müntəzəm icra edildiyindən adamlar üçün yorucu olur.

Ancaq bir neçə sadə qaydaya gündəlik əməl etməklə yaddaşı gücləndirmək olar.

1. Dişinizi sol əllə təmizləyin (solaxaylar isə bunun əksini etməlidirlər).

2. Bazar və dükandan alacağınız məhsulların siyahısını başınıza "köçürün", özünüzlə kağız daşımayın.

3. Kinoya baxdıqdan sonra onun əsas ideyasını beyninizdə canlandırın, yaxud əsas hadisələri yadınıza salın.

4. Hər gün mütaliə edin. Ən azı həftəyə bir kitab. Nəticədə bir il ərzində 52 kitab oxuyacaqsınız.

5. Əgər sizə həqiqətən güclü yaddaş lazımdırsa, onda hər gün şeir əzbərləyin.

Bununla yanaşı, qida rasionunuzda qoz, bal, dəniz kələminə üstünlük verin, çəkinizi qoruyun və açıq havada gəzin. Ən başlıcası, elə bu gündən papirosu atın.


Tarix: 08.01.2015 / 11:08 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq
loading...