Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu qidalar mütləq süfrənizdə olmalıdır

Düyü – İshal, ürək bulanması və mədə turşuluğundan əziyyət çəkən insanların tərkibində düyü olan yeməklərdən qidalanmaları məsləhət görülür. Həmçinin düyünün qaynadıldığı suyun içilməsi də faydalı ola bilər.

Günəbaxan – Aparılan araşdırmalara görə günəbaxanın tərkibində orqanizmə faydalı olan zülal, fosfor, kalium və Omeqa -6 var.

Kətan yağı - Kətan yağı və kətan toxumu immunitet sistemini gücləndirir, xoleserolu və təzyiqi nizamlayır. Bağırsaqların fəaliyyətini normallaşdıran kətan yağı həmçinin, qidaların daha sürətli həmz olunmasına kömək edir.

Sarımsaq – Çin tibb aləmində sarımsaq infeksiyayla bağlı ishal, xroniki öskürək, həzm sistemi və mədə ağrılarına qarşı istifadə olunur.

Hind zəfəranı – Hind zəfəranından daha çox bağırsaqların fəaliyyətini normallaşdırmaq üçün istifadə olunur

Banan – İshal şikayəti olan insanlara banan olduqca faydalıdır. Nizamlı şəkildə qəbul edilən banan hətta, xərçəng riskini yarı-yarıya azaltmaq qabiliyyətinə malikdir.


Tarix: 27.12.2012 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Saglamliq
loading...