Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antibiotiklərin təsirindən baş verə bilən fəsadlaşmalar

Antibiotiklərin təsirindən baş verə bilən fəsadlaşmalar

Yüksək həssaslıq reaksiyaları – allergik reaksiya-əksər antibiotiklər antigen (allergen) xüsusiyyətinə malik olduğundan allergik reaksiyalar əmələ gələ bilər. Ona görə antibiotikləri vena daxili yeritdikdə əvvəlcə orqanizmdə ona qarşı yüksək həssaslıq reaksiyalarının olmasını dəri daxili sınaq vasitəsilə yoxlayırlar. Bunun üçün müvafiq antibiotikin 0,1 ml miqdarı biləyin ön səthində dəri daxilinə yeridilir. 20-30 dəq. müddətində antibiotikin yeridilmə yerində reaksiya (1 sm və daha böyük diametrli papula və qızartının əmələ gəlməsi) antibiotikə qarşı yüksək həssaslıq kimi qiymətləndirilir. Bu halda həmin antibiotikdən istifadə etmək olmaz!
Disbioz və disbakterioz- antibiotiklərin, xüsusən geniş təsir spektrli antibiotiklərin uzunmüddətli istifadəsi orqanizmin normal mikroflorasının nümayəndələrinin də məhvinə səbəb olduğundan orqanizmdə disbioz və disbakterioz yarana bilər. Antbiotikləri 3 gündən artıq istifadə edildikdə göbələk əleyhinə preparatlar da istifadə etmək lazımdır!
Toksik təsir – bəzi antibiotiklərin uzunmüddətli tətbiqi orqanizmdə toksik təsir göstərə bilər. Məsələn, streptomisin, kanamisin, gentamisin – eşitmə orqanlarına, tetrasiklin - qaraciyərə, sefalosporinlər – böyrəklərə toksik təsir edir. Bir çox antibiotiklər (tetrasiklin, xinolon preparatları- neqram, neviqramon, oksolinturşusu) plasentadan keçərək xüsusən hamiləliyin ilk trimestri ərzində dölün inkişafına mənfi təsir göstərə bilər. Xinolon qrupundan olan preparatlar (ofloksasin, siprofloksasin və s. ) qığırdaq və sümük toxumasının yaranmasına mənfi təsir edir.


Tarix: 08.01.2013 / 11:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Saglamliq
loading...