Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varikoz Kosmetik qüsur, yoxsa xəstəlik?

Venaların varikoz genəlməsi – periferik venoz damarların xəstəliyidir. Venoz qan axınının pozulması nəticəsində ayaqlarda yorğunluq

, ağırlıq hissi, ağrılar əmələ gəlir və ayaqlar şişir. Çox zaman bu əlamətlər baldır əzələlərinin dartılmaları və hətta gecə qıcolmaları ilə də müşahidə edilə bilər. İşləri uzunmüddətli ayaq üstə durma ilə müşahidə edilən insanlarda, venalar daimi olaraq yüksək gərginlik altında işləyir. Varikoz az hərəkətli və oturaq həyat tərzi keçirən insanlardan da yan keçmir.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri venaların varikoz genəlməsini müasir dövrün xəstəlikləri siyahısına daxil ediblər. Onların məlumatlarına əsasən, varikoz hər bir insanda, bu və ya digər formada meydana çıxır.

Qadınlar venaların varikoz genəlməsinə daha çox meyillidirlər. Qadın hormonu olan proqesteron, vena divarlarının tonusunu azaldaraq qan durğunluğu yaradır. Bundan başqa, varikoz əksər hallarda qidalanmama bu xəstəliyi törədən faktorlara aiddir. Yaş artdıqca xəstəliyin yaranma ehtimalı daha da artır. Təhlükəli nəticələri Venaların varikoz genəlməsi-proqressivləşən xəstəlikdir. İlk mərhələlərdə xəstəlik kosmetik defektlərlə müşahidə edilir, daha sonra isə şişkinlik və ayaqlarda diskomfort da bura qoşulur. Uyğun terapiya aparılmadığı halda varikozun proqressivləşməsi ağır
nəticələrə gətirə bilər. Qanın durğunluğu nəticəsində venaların keçiriciliyi və strukturu pozulur, mikrosirkulyasiya zəifləyir, iltihabi proseslərin inkişafı üçün şərait yaranır.

Varikozun ağırlaşmalarına bunlar daxildir:

indurasiya (toxumaların sərtləşməsi); venoz iltihab; trofiki xoralar; venoz ekzema. Varikozun ən təhlükəli ağırlaşması – trombozdur. Venoz qan axını sürətinin azalması, venoz qan durğunluğu, aşağı fiziki aktivlik (məsələn, oturaq iş) bütün bunlar bir yerdə venalardatrombun yaranmasına gətirib çıxarır. Vena divarından qopan tromb qan axını ilə ağciyərlərə doğru hərəkət edərək ağciyər arteriyasını tıxaya bilər. Bu cür yaranan ağciyər emboliyası adətən ölümlə nəticələnir. Varikozun vaxtında edilmiş müalicəsi venaların vəziyyətini yaxşılaşdırır və ağırlaşmaların qarşısını alır. Venoz çatışmamazlığının inkişafı riskini azaldan faktorlar:
Mütəmadi fiziki məşqlər, yerimə, üzmə, velosiped idmanı, gimnastika;
Günün sonu sərin duş qəbul etmək (duşun istiqaməti topuqlardan sağrı nahiyyəsinə doğru olmalı)
Azca qaldırılmış ayaqlarla istirahət etmək
Oturaq vəziyyətdə pəncənin bükülməsi, ayaqüstü vəziyyətdə barmaqlar üstə qalxmaq;
Ortopedik ayyaqqabı içliyi istifadə etməklə nəfəs idmanı yerinə yetirmək
Hamiləlik zamanı xüsusi bandajların gəzdirilməsi
Bitki mənşəli venotonik vasitələrin istifadə edilməsi

Venotonik vasitələrin effektivliyi onları bir neçə həftə qəbul etdikdən sonra özünü göstərir. Buna görə onları mütəmadi kurslarla qəbul etmək lazımdır, xüsusən də ayaqlarda narahatlığın baş verdiyi yay aylarında.

Yerli olaraq istifadə edilən bitkilər:

Fleboloqlar, ayaqlara dərhal rahatlıq gətirən və ağırlıq hissini aradan qaldıran müxtəlif növ bitkilərdən istifadə edir. Bu cür bitkilər venoz qan dövranının stimulə edir, damarların daralmasının qarşısını alır və ödemi aradan qaldırır.
At şabalıdı (şabalıdları), ginko biloba (yarpaqları), yabanı quşqonmaz (kökü) – venaları tonuslandırır, daraldır, şişkinliyi aradan qaldırır
Xəşəmbül (çiçəkləri) — limfatik sirkulyasiyanı stimulə edir, yüngül büzücü effektə malikdir
Sərv ağacı (qozaları), çobanyastığı (çiçəkləri), hind şabalıdı (kökü), fındıq ağacı (yarpaqları), qırmızı üzüm (yarpaqları) – büzücü təsir göstərir

Venotonik krem və gellər ayaqlara, aşağıdan yuxarı doğru yönəlmiş hərəkətlərlə, massaj edilərək, dəriyə tam hopana qədər gündə 2-4 dəfə olmaqla çəkilir.

Daxilə qəbul edilən bitkilər:
Onlar ayaqlarda ağırlıq hissini götürür, ağrı və şişkinliyi aradan qaldırır, ayaqlarda gecə qıcolmalarının qarşısını alır.
qırmızı üzüm yarpaqları (Vitis Vinifera) ekstraktı – damarların elastikliyini artırır, damarların keçiriciliyini normallaşdırır, ayaqlarda ödemi (şişkinliyi) aradan qaldırır.
Avropanın Fitoterapiya üzrə Elmi Komitəsi (ESCOP) qırmızı üzüm yarpaqları (Vitis Vinifera) ekstraktını Xroniki Venoz Çatışmamazlığının müalicəsi məqsədi ilə ilk seçim fitoterapevtik vasitə kimi tövsiyyə edir.
Venaların varikoz genəlməsinin müalicə və profilaktikası vaxtında etməklə siz, gələcəkdə ola biləcək bir çox ağırlaşmaların qarşısını almış olarsınız!

Varikozun əlamətləri
Baldır əzələlərində ağrılar
Ayaqda ulduzşəkilli damarlar
Günün sonu ayaqlarda şişkinlik
Baldır əzələlərinin gecə qıcolmaları
Axşama doğru ayaqlarda ağrı və yorğunluq hissi
Uzun müddət ayaq üstə durduqda ağrıların artması
Yeridikdə isə ağrıların azalması Ən azı 4 əlamətin «müsbət» olması Venoz Çatışmamazlığına işarədir


Tarix: 27.12.2012 / 18:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 656 Bölmə: Saglamliq
loading...