Bildiyimiz kimi həddindən artıq yorğunluqdan əziyyət çəkən insanlarda kompleks narahatlıqlar olur. Bu proses daha çox fiziki və ya zehni fəaliyyətin pisləşməsi ilə özünü göstərir. Bəzi mütəxəssislərin fikrincə bu immun sisteminin pozulması ilə yaranır. Əsas əlamətlərinə isə aşağıdakılar aiddir:
• Yorğunluq halları
• Yaddaş və ya konsentrasiya itkisi
• Boğaz ağrısı
• Boyundan və ya qoltuqdan böyüyən limfa
• Əzələ ağrısı
• Bir oynaqdan digərinə qızartı olmadan hərəkət edən ağrı
• Yeni yaranan şiddətli baş ağrısı, depressiya;
• Arterial hipertoniya
• İmpotensiya
• Yuxu problemləri
• Fiziki və ya zehni məşqdən sonra 1 gün davam edən həddindən artıq yorğunluq
• Mədə-bağırsağın funksional pozğunluğu və s.
Yorğunluq, infeksiyalar və ya fizioloji pozuqluqlar kimi bir çox xəstəliyin əlaməti ola bilər. Xəstəliyə məruz qalmamaq üçün bu qaydalara riayət etmək lazımdır:
- Həkimlə əlaqə saxlamaq;
- Əsəbdən, gərginlikdən uzaq olmaq;
- Boş vaxtlarda hava gəzintisində olmaq (1-1.5 saat)
- Sifəti soyuq su ilə yumaq.
Tarix: 08.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq