Sağlam və uzunömürlü həyat üçün vacib prosedurlar var. Onlardan biri şəxsi gigiyenaya əməl etməkdir.
Xarici görkəmə fikir vermək, diş fırçalamaq, əl-üz yumaq, duş almaq kimi sadə üsullar orqanizmin cavanlaşmasına təsir göstərir.
Bu bədəndə yaranan pis qoxu, artıq çəki problemi və yığılan artıq tullantıları aradan qaldırmağa kömək edir. Həmçinin boş vaxtlarda idmanla məşğul olmaq və istirahət etmək də faydalıdır. Lakin, orqanizmə zərərli qidalar, stress, hava çirkliliyi, kənd təsərrüfatı üçün istifadə edilən bəzi dərman tullantıları, makiyaj və təmizlik məhsulları, kimyəvi qatqılı qidalar, zərərli işlər, həddindən artıq elektron cihaz istifadəsi kimi faktorlar bədəndə depressiyaya gətirib çıxarır.
Bu baxımdan sağlamlığa ciddi fikir vermək, stress, depressiya yaradan faktorlardan uzaq olmaq yetərlidir.
Onuda qeyd etmək vacibdir ki, bədəni cavanlaşdırmağa bitki mənşəli müalicələr, pəhrizlər, masaj və psixoloji seanslar, idman məşqləri kimi sadə üsullar da təsirlidir. Bu üsullar orqanizmi toksinlərdən təmizləməyə kömək edir.
Tarix: 08.01.2015 / 11:10 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Saglamliq