Müasir həyatda yuxusuzluq problemi ilə bir çox insan qarşılaşır. Yatmaq üçün dərman preparatlarından da istifadə etmək olar, lakin təbii yollarda vardır.
Biz sizə yuxusuzluq zamanı nə yemək lazım olduğundan danışacayıq.
Beləki, yatmazdan əvvəl banan yemək xeyirlidir. Banan serotonin və melatonindən başqa maqniy ilə də zəngindir. Maqniy əzələlərin rahatlamasına kömək edir.
Sınanmış qədim üsul – çobanyastığı çayı. Çobanyastığı çayı sakitləşdirici içkilərin başında gəlir. O, yuxu gətirici effektinə malikdir, yaxşı relaksator rolunu oynaya bilir.
İngiltərə və ABŞ-da yatmazdan əvvəl əksər hallarda süd içirlər. Süddə triptofan – aminoturşu var ki, sakitləşdirici xüsusiyyətə malikdir, kalsiy isə beyinə həmin triptofanı həzm eləməyə kömək edir. Bundan əlavə süd həmdə psixikaya təsir edir. İnsan bir anlıq özünü uşaq hiss edir, südün ona sakitçilik və rahatlıq gətirdiyi vaxtlara dalır.
Südün və ya ot çayının içinə bal əlavə etmək olar. Çoxlu miqdarda şəkər sinir fəaliyyətini stimullaşdırsada, qlükoza beyini oreksini blok eləməyə məcbur edir. Oreksin sinir hücüyrələrinin aktivliyinə cavabdeh bir neyrohormondur.
Yatmazdan əvvəl məsləhət görülməsədə, bir çox zaman insan yemək istəyir. Bir az bişmiş kartof mədəyə ağırlıq verməz. Kartof triptofanın yaranmasına maneə olan turşuları canına çəkir. Effekti artırmaq üçün kartofu süd ilə püre halına gətirib yemək olar.
Orqanizmə müsbət təsir göstərəcək və aclığı öldürə biləcək yulaf sıyığıdır. Yulaf – yuxu gətirən melatonin mənbəyidir. Sıyığa az bal da əlavə etmək olar.
Əgər yuxusuzluğa səbəb depressiya, xoşagəlməz hadisələrdirsə yulaf sıyığına iki çay qaşığı kətan tumu atın. Yatmağa həmçinin badam da kömək edər. Badamda triptofan və maqniy vardır. Badam həmçinin ürəyə də xeyirlidir.
Balla çobanyastığı çayına bir dilim ovulmamış taxıl çörəyini də əalvə etmək olar. Belə çörək insulinin artmasına kömək olur. İnsulin triptofanın beyinə düşməsinə kömək olur ki, orada triptofan serotonina dönür.
Triptofanın ən məşhur mənbəyi – hinduşka ətidir. Nəzərdə saxlayın ki, triptofan boş mədə zamanı yüksək effekt verir, karbohidratlar isə bu effekti daha da gücləndirir. Buna görə də, axşam ovulmamış taxıl çörəyi ilə hinduşka ətində düzəldilmiş sendviç yemək xeyirlidir.
Tarix: 27.12.2012 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Saglamliq