Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Südün ürəyə faydası

Amerikanın "Vaşinqton State" universitetinin elm adamları təbii südün ürəyə olan faydalarını açıqlayıb. Südün tərkibində olan yağ turşusu ürək və damar xəstəliklərini önləyirmiş. Bundan əlavə, insan orqanizminə düşdükdə süd turşulu bakteriyalar S, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir. Südün tərkibində olan kalsium insanın ürək əzələsinə, gözlərinə, sinir sisteminə müsbət təsir göstərir.
Universitetin Professoru Benbrook-un şərhinə əsasən: süd, bütün insanlar üçün faydalıdır. Lakin, orqanik süd daha yaxşıdır. Bədənin sağlam olmasına və tarazlığının bərpasına daha yaxşı təsir göstərir.
Yağ turşusu tərəfindən daha balanslı bir nisbətə sahib olan orqanik südün normala görə 25 nisbətində daha çox Omeqa 3 və Omeqa 6 saxladığı təsbit edilmişdir.
Süd məhsulları həmçinin mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir. Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümüklərinin tərkibinə daxildir.


Tarix: 21.01.2015 / 17:27 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qidalanma və Dieta
loading...